“ABŞ və Fransanın ölkəmizdə çalışan səfirlərin səlahiyyət müddədi başa çatıb, mən bilən, hər iki keçmiş səfir indi Bakıda deyil. Yeni səfirlər hələ Bakıya gəlməyiblər, belə vəziyyətdə hər iki ölkə səfirinin və ya onları əvəz edə biləcək rəsmi şəxsin Şuşaya getməməsi ciddi yanlış addım olsa da, texniki problem də ola bilər”.
Elchi.az-ın məlumatına görə, bu barədə iqtisadçı Natiq Cəfərli Feysbuk hesabında bildirib.
“AB və ABŞ-ın Ermənistanı orbitdə saxlamaq cəhdlərini anlayıram, Paşinyanın da Kremldən qopmaq cəhdləri var – amma, ABŞ və Fransa indiki durumda bir tək Ermənistana xoş gələn addımlardan çəkinməlidir, balansı qorumalı, Azərbaycan-Qərb münasibətlərinə xələl gətirməmək üçün daha strateji düşünməlidirlər.
Ermənistanın Rusiyadan qaçmaq üçün yeganə yolu (coğrafi, siyasi və iqtisadi mənada) Azərbaycan və Türkiyə ilə yaxınlaşmasıdır, başqa yol fikizi olaraq da yoxdur. Ermənistan bunu anlamağa başlayıb, Qərb də bu durumu bilir, ona görə də, müəyyən jestlərlə bu gün Ermənistanda yerlə-bir olan Rusiya imicinin yerini tutmağa çalışır. Belədirsə, danışıqlı oynamaq istəyirlərsə, bunun da yolları var – təki sonda bölgəmizdə daimi və ədalətli sülh qurulsun. Ədalətli sülhün yolu isə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə iqtisadi-sosial-siyasi inteqrasiyasından keçir, bu intiqrasiyanın qarşısında duran ən böyük maniə isə bölgədə müvəqqəti və hüquqi olaraq mandatsız yerləşən “rusməramlı” qüvvələrdir…”.
Şayəstə




