"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Menendes Türkiyə ilə Rusiya və Çin arasında niyə bərabərlik işarəsi qoyub?

29 Avqust 2022 - 10:00
in MÖVQE

“ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendes növbəti dəfə Türkiyəni hədələyib. Amerikalı senator deyib ki, Türkiyə Aralıq dənizində ciddi təhdidə çevrilib: “Türkiyə ABŞ üçün Rusiya və Çin qədər təhlükəli dövlətə çevrilib. Türkiyəni Amerika üçün əsas çağırışlardan biri kimi siyahıya əlavə etmək lazımdır”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az-ın məlumatına görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, Menendes bildirib ki, Türkiyə NATO üzvü kimi ABŞ-ın müttəfiqi sayılsa da, Egey dənizində Yunanıstana təhlükə yaradır:

“Menendes misal kimi Türkiyə hərbi təyyarələrinin uçuşlarını göstərib: “ABŞ Türkiyəyə heç bir silah növü satmamalıdır.

Menendes ilk dəfə deyil Türkiyə əleyihinə açıqlama verir. Menendes 3 il əvvəl Ankaranı bu sözlərlə xəbərdar edirdi: “Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini alacağı təqdirdə ABŞ sanksiyalar tətbiq edəcək və eyni zamanda F-35 təyyarələrinin satışını dayandıracaq. Ankara kiminlə olduğunu seçməlidir. Türkiyə NATO-nun vacib müttəfiqi qalmaqda davam etməli, ya da Qərbdən uzaqlaşmalıdır”.

Türkiyə “soyuq müharibə” bitdikdən sonra müstəqil xarici və təhlükəsizlik siyasəti aparır. Bu Vaşinqtondakı siyasi dairələrin xoşuna gəlmir. Bir qrup amerikalı siyasətçi hələ də hesab edir ki, Ankara “soyuq müharibə” illərində olduğu kimi yalnız Vaşinqtonun təlimatlarını yerinə yetirməlidir. Heç o zaman da mövqelər tam üst-üsə düşmürdü. Kipr adasında çevriliş edən yunanlar türkləri qətl edəndə Vaşinqrondan səs çıxmırdı. Türkiyə elə ki, Kiprə desant çıxardı, Vaşinqton Ankaranı hədələməyə başladı. Vaşintondakı yunan və erməni lobbisi də hər zaman Türkiyəni hədəf seçib. Menendes onların sifarişini yerinə yetirir.

Menendes Türkiyə ilə Rusiya və Çin arasında bərabərlik işarəsi qoyanda bunun səbəblərini araşdırmalıdır. ABŞ Türkiyəyə raketlərdən müdafiə sistemləri satmadı, Ankara Rusiyaya müraciət etmək məcburiyyətində qaldı. Türkiyə Çinlə iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına da marağı var. Buna baxmayaraq, türkiyəli rəsmilər çinli həmkarlarıyla danışıqlarda hər zaman uyğur türklərinin problemlərinə də diqqəti çəkir və bunun Türkiyə üçün həssas mövzu olduğunu vurğulayırlar. Digər tərəfdən Menendes Türkiyənin Rusiya ilə yaxınalşmasından bu qədər narahatdırsa, hər zaman müdafiə etdiyi Ermənistana da çağırış etməlidir. Çünki Türkiyədən fərqli olaraq Ermənistan tamamən Rusiyadan asılıdır”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

XİN-ə yeni mətbuat katibi təyin edildi

Next Post

Rusiya İranın strategiyasından istifadə edir…

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Rusiya İranın strategiyasından istifadə edir…

Rusiya İranın strategiyasından istifadə edir...

Azad edilən ərazilərdə daha 327 mina aşkarlandı

ANAMA: Azad olunan ərazilərdə daha 309 mina aşkarlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.