"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyevlə Paşinyanın növbəti danışıqları iki əsas hadisə fonunda: Bakı İrəvandan daha nələr qoparacaq?

29 Avqust 2022 - 15:02
in SİYASƏT

Avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarının növbəti raundunun keçirilməsi gözlənilir.
Budəfəki müzakirə masası da Avropa İttifaqının səyi və təşəbbüsü ilə qurulacaq və sülh gündəliyinin keyfiyyətcə yeni mərhələsini özündə əks etdirəcək.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, siyasi şərhçi Aqşin Kərimov məlum görüş barədə fikirlərini FB hesabında bölüşüb:

“Liderlərin Brüssel tematikası avqust ayı ərzində Azərbaycanın öz xeyrinə çevirdiyi iki hadisənin bundan sonra əldə olunacaq nəticələrlə sinxronlaşdırılması baxımından önəmlidir.
Birinci, Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə antiterror əməliyyatının presedentini əyani şəkildə göstərdi.
İkinci, Azərbaycan 10 Noyabr Bəyanatında nəzərdə tutulan Laçın dəhlizinə (artıq keçmiş) alternativ marşrutun tikintisi ilə erməni əhalinin Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxışını təmin etdi. Bu, həm də, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarılmasına aid əsas nümunə kimi də qiymətləndirilməlidir.
NƏTİCƏ: Azərbaycan müharibəni dayandıran bəyanatın bəndlərinin istisnasız icra edilməsi şərtlərini və prosesin yubadılmasına cəhdlərin mənasız olduğunu praktiki şəkildə göstərdi.
Həmin nəticədən yola çıxaraq, vurğulamaq lazımdır ki, Azərbaycan üçün Qarabağ məsələsi artıq xarici siyasət istiqamətindən daxili tənzimləmə mexanizminə çevrilib.
Ona görə də, sərhədlərin müəyyən edilməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi mövzusu Əliyev-Paşinyan danışıqlarının prioritetlərində ön səfdə dayanacaq.
Azərbaycan dövlətində sərhədlərin delimitasiyasına dair tələblər (8 kəndin də geri qaytarılması daxil olmaqla) Bakının diktəedici şərtlərinin miqyasının genişlənməsi, Türkiyənin strateji dəstəyi, Rusiyanın Bakı ilə tərəfdaşlığı, Qərbin reallıqlarla barışması fonunda daha da konkretləşir.
Azərbaycan yaranmış fürsətləri və regionda gedən prosesləri böyük məharətlə öz xeyrinə dəyişdirdiyindən sərhədlərə baxış bucağını da böyütməsi siyasi müstəvidə normal qarşılanmalıdır.
Bütün bunların cövhəri Zəngəzur dəhlizinin açılmasını və koridorun Bakının müəyyən edəcəyi rejim əsasında işləməsini şərtləndirən perspektiv istiqamətləri siyasi üfüqlərə gətirir.
Ermənistan sərhəd mövzusunda diqqətli olmalıdır, o mənada ki, iki dövləti ayıracaq zolaq boyunca hər hansı təxribatın cavabı İrəvan üçün daha sarsıdıcı ola bilər.
İlk olaraq, mütləq nəzərə almaq lazımdır ki, artıq Azərbaycanın Laçın və Kəlbəcərdəki mövqeləri Ermənistanın taktiki və strateji dərinliklərinin vizual-kəşfiyyat nəzarəti altında saxlanılmasını təmin edir.
Digər tərəfdən Naxçıvanın Ermənistanla sərhəd zonasında da ordumuzun hərbi-taktiki üstünlüyünü təmin edən mövqelərdə bərkimə işləri həyata keçirilib və bu, paytaxt İrəvana doğru açılan qapıdır”.

A.Kərimov qeyd edib ki, İrəvan, başı üzərində Azərbaycanın açdığı strateji panoramın çəkisində artan ağırlığı hiss etməkdədir və Paşinyan danışıqlarda Azərbaycandan möhlət istəmək məcburiyyətini bir daha nümayiş etdirəcək:

“Ancaq Paşinyan möhləti Azərbaycana qarşı vaxt uzatmaq həddinə gətirməməlidir, buna görə də, konkret vəd verməlidir və sərhədlərin delimitasiyasından məqsədyönlü yayınmayacağını bildirməlidir, paralel olaraq isə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinin inşasına, qrafikinə dair cədvəli təqdim etməlidir.
Əliyev-Paşinyan danışıqlarının xarakteristikası və bunun nəticələri Azərbaycanın xeyrinə doğru sürətlə dəyişən başqa prosesləri vəcdə gətirəcək.
Çünki Paşinyan danışıqlarda sonrakı gedişatlar üçün zahiri parıltıda görünəcək güzəştlərdən başqa, Azərbaycanın əlinə digər strateji imtiyazlar vermək məcburiyyətində qalacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şolts: “Ukrayna, Gürcüstan və Moldova gələcəkdə Aİ-yə üzv olmalıdır”

Next Post

Laçından yan keçən yeni yol yalnız bu qəsəbədən keçir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Laçından yan keçən yeni yol yalnız bu qəsəbədən keçir

Laçından yan keçən yeni yol yalnız bu qəsəbədən keçir

Un kisəsindən heyvan sümüyünün çıxması ilə bağlı araşdırma aparılır

Azərbaycan ABŞ-la bağlı bəzi məhdudiyyəti ləğv etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.