"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Britaniyanın Azərbaycana yeni səfir təyinatı: Səhnə arxasındakı strateji niyyətlər

30 Avqust 2022 - 15:43
in SİYASƏT

“Böyük Britaniya Azərbaycanı Cənubi Qafqazda ən vacib strateji tərəfdaş kimi qiymətləndirir, qlobal siyasətdəki ingilis ağlının dərin cəhətləri isə Bakı üçün əlavə fürsətlər yaradır”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesanında paylaşım edib.

Analitik vurğulayıb ki, Britaniyanın Azərbaycana yeni səfir təyinatını ikitərəfli münasibətlərdə dərinləşən platforma çərçivəsində və regional proseslərdə Londonun maraqlarının artması kontekstində dəyərləndirmək lazımdır:

“Azərbaycanlıların sevimlisinə çevrilən Ceyms Şarpı bundan sonra xələfi Fergus Ould əvəzləyəcək.
Britaniyanın beynəlxalq siyasətdə hegemoniyasını təsbit edən “Qlobal Britaniya 2030” konsepsiyasının icra edilməsi mexanizmlərində dost və tərəfdaş ölkələrin potensialından istifadə edilir.
London cənab Ouldun çiyninə qlobal nizamda qızışan emosiyalar fonunda xeyli yük qoyub və Azərbaycanla münasibətlərin inkişafı üçün yeni formullar üzərində düşünmək tapşırığını verib.
Britaniya böyük güc rəqabətində qlobal nizamın bir parçası olan Cənubi Qafqazı da Rusiya və İransız təsəvvür edən meyllərdən əl çəkmir, Londona görə, bu iki ölkə təhlükəsizlik mühitinin pisləşməsinə səbəb olur.
Britaniya Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların izi ilə gedərək Moskva və Tehranın regiondakı çəkisini sıfıra yaxınlaşdırmaq niyyətindədir və rəqibləri da adekvat tədbirlər görürlər.
Nəhəng tablo üzərindəki cizgiləri şərh etsək, deyə bilərik ki, regiondakı hab burada rəqabətin sistemli dinamikasını mürəkkəbləşdirir: Britaniyanın addımları Rusiyanın bölgədəki tarixi və hərbi-siyasi maraqları, İranın panşiəlik xətti ilə toqquşur.
Azərbaycan isə Rusiya ilə münasibətləri zədələməmək prinsipini qoruyub-saxlayır, çünki regional səhnədə Moskvanın Bakıya dəstəyi daha effektiv nəticələr hasil edilməsi üçün əsas meyarlardan biridir”.

A.Kərimovun sözlərinə görə, Bakının incə sərhədlər arasında balansı saxlaması onu qlobal rəqabətin tərəfinə çevirmir və Britaniya bunu anlamaqda çətinlik çəkmir, çünki Azərbaycan Londonun tərəzisində bəlli bir çəkiyə yiyələnib:

“Britaniya həmin kütləni itirməməkdən ötrü Rusiya ilə bağlı siyasətində Azərbaycana təzyiq etmək niyyətindən uzaqdır.
Ona görə də, Britaniya ilə Rusiya Azərbaycana münasibətdə iqtisadi rəqabəti stimullaşdıran tezislərlə bir-birini neytrallaşdırmağı hədəfləyə bilərlər.
Lakin Britaniya Azərbaycanın Avro-Atlantik strukturlara intqerasiyasiyasını sürətləndirən ideyaları təkmilləşdirəcək və bununla bağlı digər gizli müttəfiqi Türkiyə ilə də məsləhətləşmələr aparacaq.
Səfir Ouldun qarşısında duran çağırışlardan biri də bu olacaq ki, Azərbaycanın əldə etdiyi faktiki və potensial qazancları Londonun maraqlarına inteqrasiya edə bilsin.
Hər nə olursa-olsun, Britaniya Azərbaycana qoyduğu iqtisadi-siyasi sərmayənin həcmini genişlətmək çağırışını özünün strateji məcburiyyəti kimi dərk edir.
İran mövzusu isə ayrıca bir xətt təşkil edir, Tehrandan Azərbaycana əsdirilən küləklərin boşluqda itməsinin bir səbəbi də Londonun Bakı ilə əlaqələrini dərinləşdirməsi səbəblərinə bağlıdır.
NƏTİCƏ:
“Britaniya İmperiyası Ordeni” ilə təltif edilmiş səfir Fergus Ould ölkəsinin Azərbaycanla münasibətlər sistemini şişirdib böyütmək missiyasını həyata keçirəcək.
Britaniya səfirliyi onun Londondan aldığı təlimatlar əsasında regional təhlükəsizliyin ətraflı analizini hazırlayacaq.
Bu, Britaniya-Azərbaycan əlaqələri üçün pozitiv impulsları yeni mərhələyə keçirəcək və Bakının təhlükəsizlik yastığında Londonun rolunu çoxaldacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Japarovu təbrik etdi

Next Post

Millət vəkili: “Laçın azaddır, növbədə Zəngəzur dəhlizinin açılmasıdır”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Millət vəkili: “Laçın azaddır, növbədə Zəngəzur dəhlizinin açılmasıdır”

Millət vəkili: “Laçın azaddır, növbədə Zəngəzur dəhlizinin açılmasıdır”

Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər ?

Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər ?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.