"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şeyx: “İslam öldürücü, məhvedici, kəsici bir dindir”

29 Noyabr 2014 - 12:01
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Belə bir baryer yaratmaq istəyirlər ki, İslam öldürücü, məhvedici, kəsici bir dindir”.19181
İŞİD, radikal qruplar əslində SSRİ Əfqanıstana girən vaxtlarda yarandı. Bunların yaranmasının da əsasını elə ABŞ özü qoydu. Qərb dövlətləri də burada iştirakçı oldu. Məqsəd bu qruplardan istifadə edib SSRİ-ni dağıtmaq idi və dağıtdılar. Bununla da bu qrupların, onları bürüyən fikirlərin əsası qoyuldu. Ola bilsin, indi İŞİD adlanır, amma o vaxt başqa cür adlanıb, ondan sonra başqa cür, gələcəkdə də başqa cür adlana bilər.
Moderator.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
Şeyxin sözlərinə görə, adların fərqli olmasına baxmayaraq, mahiyyət eynidir.
“Sabah bir də gördün İŞİD adını silib, başqa ad qoyacaqlar. Qeyd elədiyim vaxtda bu fikir formalaşmağa başlayandan bunların maliyyəsinin də əsası qoyuldu. O qədər gücləndirdilər ki, sonradan ABŞ-ın özünə qarşı oldular.
Suriyada, İraqda və digər oxşar ərazilərdə baş verən məlum hadisələrin arxasında da əlbəttə ki, həmin bəzi qüvvələr dayanır. Məsələn, götürək Suriyanın Kobani şəhərini. İndi guya böyük dövlətlər yığışıblar ki, “gəlin Kobanini azad edək”. Amma azad edə bilmirlər. Bəs hanı onların car çəkdikləri qüvvələri? Nə üçün bu qədər dövlət birləşib, amma bir şəhəri terrorçu təşkilatdan azad edə bilmir? Gəlin onlardan soruşaq, həqiqətən bu şəhəri İŞİD-dən azad etmək istəyirlər, yoxsa necə? Niyə bu oyunu oynayırlar? Bu siyasət deyil, bəs nədir? Yaxşı. Niyə adında İslamı həkk edən İŞİD bir dəfə Fələstin məsələsini qaldırmır?”, – deyə, A.Paşazadə vurğulayıb.
Onun sözlərinə görə, ekstremistlərin bütün işləri-gücləri müsəlmanları qırmaqdır, qeyri-insani hərəkətləri nümayişkaranə surətdə etməkdir.
“Bu cəbhəni Qərb dövlətləri, ABŞ yaratdı və bundan baryer düzəltmək istədilər. Buna səbəb müxtəlif niyyətləri ilə yanaşı, İslamı inteqrasiyadan məhrum etməkdir. Amma Qərb dövlətlərinin özündə belə bu gün insanların zehnində İslam davam edir, genişlənir.
ABŞ-da, Fransada, İtaliyada bu daha geniş cərəyan edir. Onlar insanların, xüsusilə Qərb xristianlarının zehnində belə bir baryer yaratmaq istəyirlər ki, İslam öldürücü, məhvedici, kəsici bir dindir. Təəssüf ki, bu qəbuledilməz qeyri-həqiqətin reallaşmasına bu gün müəyyən dərəcədə nail oldular. Bu gün özünü müsəlman elan edən kəs “Allahu əkbər!” deyib bir müsəlmanın başını kəsir.
Heç bilirsiniz bu faktlar hansı dəhşətin gəlməsinin əlamətidir? Axı Allahın hökmü, Peyğəmbərin (s.ə.s.) buyuruğu var ki, bir insan “Lailahəilləllah, Muhəmməd Rəsulullah” deyirsə, onun qanı digər müsəlmana haramdır. Onu öldürmək olmaz! Amma indi o müsəlmanı nəinki öldürürlər, “Allahu əkbər!” deyib başını kəsirlər. Bu, İslama sığmayan, İslama yaxın gəlməyən bir haldır. Bax, İslamı belə məhv edirlər. İndi biz xaricə gedəndə müsəlman kimi hansısa avropalının qarşısına çıxanda onun ağlına ilk növbədə İŞİD gəlir, ölmək, baş kəsmək, dağıtmaq gəlir. İŞİD kilsələri də yandırır axı. Misirdə, İraqda, Suriyada bunların şahidi oluruq.
Biz müsəlmanların da çatışmayan cəhəti odur ki, mübarizə formasını, təbliğat formasını elə götürürük ki, bir-birimizə qarşı qoyulan formalardan ibarət olur. Sünni-şiə problemləri bundan qaynaqlanır. Bu, bizim zəifliyimizdir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Dövlət Dumasının üzvü: “Saakaşvili Ukraynanın baş naziri ola bilər”

Next Post

Tatlısesi vurduran şəxs 36 il cəza çəkəcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Tatlısesi vurduran şəxs 36 il cəza çəkəcək

Türkiyənin Azərbaycandakı səfiri: “Nə Türkiyə Azərbaycana, nə də Azərbaycan Türkiyəyə maraqlar prizmasından baxır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.