"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Səfirlərin Şuşa əməliyyatı və Brüssel-Moskva savaşı

31 Avqust 2022 - 16:25
in XƏBƏR LENTİ

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə bir araya gələcək.
Görüş ərəfəsində həm Qarabağda, həm də Azərbaycan-Ermıənistan sərhədində nisbi sakitlik olsa da əsəblərin gərgin olması danılmazdır. Laçın dəhlizi ətrafında baş verənlər və bu ayın əvvəlində qeydə alınan hərbi eskalasiya görüşün gərgin keçəcəyindın xəbər verir.
Amma bütün bunla aysberqin görünən tərəfidir.
Aysberqin görünməyən tərəfi daha təhlükəlidir. Və bu təhlükənin ilk anonsunu Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada verdi.
Bir qədər detallı.
Ötən həftənin sonunda isə Şuşada keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev buludlu səmada şimşək effekti verən bəyanat səsləndirdi: “ABŞ və Fransa səfiri Şuşaya gəlməkdən nümayişkaranə şəkildə imtina edib”.
Bundan əvvəl isə ABŞ dövlət Katibi Entoni Blinken ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin etdiyini xəbər vermişdi.
Əslində bu iki xəbər arasında bəsit əlaqə qurmaq olar. ABŞ Minsk Qrupunu diriltmək istəyir, rəsmi Bakı da səfirin bu hərəkətini şişirtməklə qisas alır.
Amma məsələnin içərisində Fransa da var. Demək oyun daha böyük müstəvidə oynanılır.
Və bütün bunlar Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə planlaşdırılmış görüşü ərəfəsində baş verir.
Aydın məslədir ki, bu proseslərdə ABŞ Avropa Birliyi ilə sinxron davranır.
Qərb dairələrində son vaxtlar aktuallaşan bir məsələ də var. Qarabağ erməniləri üçün status. Rəsmi Bakının mövqeyi bəllidir. Status olmayacaq.
Bəs Qərb nədən bu qədər israrlıdır?
Bunun çox sadə bir səbəbi var.
2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağda missiyası başa çatacaq. Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanmasa və Qarabağ ermənilərinin təhlükəsizliyi və doğurdan da Qarabağda qalacaqlarına təminat olmasa sülhməramlıların Qarabağdan çıxarılması real deyil.
Ən maralısı isə odur ki, paradoksal situasiya yaranıb. Qərb (həm ABŞ, həm də Avropa Birliyi) Rusiyanın Cənubi Qafqazda mövcudluğunu arzulamasa da Rus sülhməramlılarının Qarabağda qalmasına qarşı çıxa bilmir. Çünki bu Qarabağ ermənilərinin taleyini həll etmək demək olardı.
Belə bir paradoksal durumda Qərb Azərbaycandan hansısa bir formada status güzəşti əldə etmək istəyir.
Erməni politoloqların rəyinə görə Ermənistan cəmiyyəti və Ermənistan dövləti bu günə olan itkilərlə barışıb. Bunu Qərb də bilir. Deməli Ermənistanı Zəngəzur dəhlizi və digər məsələlərdə istənilən güzəştə razı salmaq olar. Lakin bunun üçün Qarabağ ermənilərinə təminat lazımdır ki, 2025-ci ildə Rusiya qoşunlarının Qarabağdan çıxarılmasına zəmin olsun. Əks təqdirdə bu mümkün olmayacaq.
Beləliklə indi Avropa İttifaqının timsalında Qərb Qarabağı Rusiyanın əlindən almaq istəyir. Brüssel “savaşının” da əsasında bu amil dayanır. Qərb bunun üçün küllü miqdarda pul da xərcləməyə də hazırdır. Avropa İttifaqı dəfələrlə bəyan edib ki, kommunikasiyaların bərpası üçün lazım olan vəsaiti verməyə hazırdır. Bu məsələdə də paradoksal hal yaranıb. Kommunikasiyaların bərpası ilə bağlı məsələlər Rusiyanın iştirakı ilə Moskvada müzakirə olunur, amma proses reallaşsa pulunu Avropa İttifaqı verəcək.`

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda pul siyasəti DƏYİŞİR

Next Post

Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası DƏYİŞDİ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası DƏYİŞDİ

Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası DƏYİŞDİ

“Brüssel görüşü ilə bağlı nikbinliyimizi ifadə edə bilərik”-Şərh

"Brüssel görüşü ilə bağlı nikbinliyimizi ifadə edə bilərik"-Şərh

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.