“Əlbəttə ki, görüşdə əldə edilən razılıqların məhsuldarlığı bu kimi dialoqların daha çox qapalı xarakter almasını tələb edir.
Belə görünür ki, Paşinyan rəsmi Bakının tələblərini qəbul etməkdədir. Görüşdən sonra Ermənistan tərəfinin status və Minsk qrupu ifadələrindən istifadə etməməsi onu göstərir ki, Paşinyana bəzi terminlərdən istifadə etmək qadağan edilib”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov bu gün Brüsseldə baş tutan üçtərəfli görüş barədə Feysbuk hesabında qeyd edib:
“Gözlənildiyi kimi bir nömrəli mövzu məhz sülh müqaviləsi olub Tərəflər sülh müqaviləsi ilə bağlı konkret ifadələrlə bağlı sentyabr ayında XİN rəhbərləri səviyyəsində görüş keçirəcəklər. Sülh müqaviləsində ən prinsipial xarakter daşıyan məsələ – Qarabağla bağlıdır. Müqavilədə böyük ehtimalla Qarabağ ifadəsindən istifadə edilməyəcək. Əsas vurğu isə əlbəttə ki, – “tərəflər bir – birinin dövlət sərhədlərini, ərazi bütövlüyünü tanıyır” kimi oxşar ifadələr olacaq. Görünən odur ki, Ceyhun Bayramov və Ararat Mirzoyan təlimatlara əsasən cümlələr, ifadələr ilə bağlı konkret hədəfi bəlirləyən görüşlər keçirəcəklər.
Kommunikasiya və delimitasiya məsələlər isə, sonrakı hədəflər kimi müzakirələrin predmeti olacaq.
Bugünkü görüşü təhlil edərkən Zaxarovanın açıqlamasını da diqqətə almaq lazımdır. Bu isə o deməkdir ki, danışıqlar uğrunda ciddi geosiyasi rəqabətə start verildi”.
Yeganə






