Şair Aqşin Yenisey xəstəxanadan evə buraxılıb. Bu barədə Kulis.Az-a şairin ailə üzvləri məlumat
verib: “Müvəqqəti də olsa evə buraxılıb. Həkim nəzarəti altında, ev şəraitində ambulator müalicə alacaq. Yəni, iki gündən bir müayinələrdən keçəcək. Özünü yaxşı hiss edir. Uzun müddət yataqda olduğundan özünü zəif hiss etməyi normaldır. Evdə ailəsinin, anasının, qardaşlarının, həyat yoldaşının yanındadır.”
Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi
#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....



