Rusiya prezidenti Vladimir Putin Türkiyə səfəri öncəsi Ərdoğanla razılaşdığını bildirib.
Avropa.info-nun məlumatına görə, Putin Türkiyənin xarici siyasətinin müstəqilliyini xüsusi vurğulayıb. RF prezidenti həmçinin bildirib ki, Rusiyanın Türkiyə ilə iqtisadi münasibətlərinin əsl səbəbi də elə budur.
Avropa.info-nun məlumatına görə, Putin Türkiyənin xarici siyasətinin müstəqilliyini xüsusi vurğulayıb. RF prezidenti həmçinin bildirib ki, Rusiyanın Türkiyə ilə iqtisadi münasibətlərinin əsl səbəbi də elə budur. Putin Türkiyənin Suriya və İraq başda olmaqla yürütdüyü müstəqil xarici siyasətə təriflər yağdıraraq iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin daimi olduğunu vurğulayıb.
Səfər öncəsi ciddi bəyanatlar verən Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla enerji sahəsindəki birgə strateji layihələrin müzakirə olunacağını bildirib.



