Axar.az-ın məlumatına görə, partlayış nəticəsində 120 nəfər ölüb, 270 nəfərdən çox dinc sakin yaralanıb.
Qurbanların böyük hissəsinin gənclərdən və məscid önündəki dilənçilərdən ibarət olduğu deyilir.
Kano şəhərinin ən böyük məscidi sayılan mərkəzi məscidə qarşı hücum namaz vaxtı təşkil edildiyindən ölənlərin sayının artacağı deyilir.
Partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməsə də, hücumun Boko Haram terrorçuları tərəfindən reallaşdırıldığı təxmin edilir.




