"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Brüssel görüşü Azərbaycan üçün uğurlu oldu”-ŞƏRH

01 Sentyabr 2022 - 11:02
in MÖVQE

“Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Rezpublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördünü görüşü prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intesivləşdirilməsi baxımından uğurlu hesab etmək olar”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli Feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, önəmli olan məqamlardan biri və bəlkə də birincisi, bir ay müddətində hər iki ölkənin Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılığın əldə olunmasıdır:

“Brüsseldə keçirilən üçüncü görüşdən sonra, Ermənistanın sülh sazişindən yayınmaq, eləcə də “münaqişənin həll olunmadığı” kimi reallığı əks etdirməyən iddialarını əsaslandırmaq üçün sərgilədiyi davranışları, Cənubi Qafqazı yenidən maraqlarının poliqonuna çevirmək istəyən və bu məqsədlə sülh prosesinə zərbə vurmağa çalışan regional və regiondankənar aktorların çoxsaylı pozucu cəhdlərini də nəzərə alsaq, dördüncü görüşün gözləntiləri üstələdiyini söyləyə bilərik. Bu xüsusda, separatçı-terrorçu qrupların, qanunsuz hərbi birləşmələrin təxribatları qarşılığında həyata keçirilən “Qisas” əməliyyatının doğurduğu nəticələri, artıq tarixə çevrilmiş “Laçın dəhlizi” ətrafında həm Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində, həm Ermənistanın daxilində, həm də regional və subregional müstəvidə yaradılan ajiotajı, bölgə üçün həyati əhəmiyyət kəsb edən “Zəngəzir dəhlizi” ilə bağlı qıcıqlandırıcı manevrləri, ATƏT-in ömrünü başa vurmuş “Minsk qrupu”nun “dirildilməsi” cəhdlərini diqqətdən qaçırmamağın vacib olduğunu düşünürəm. Çünki sülh prosesinin ləngidilməsinə, əldə olunan razılaşmaların “0” nöqtəsinə qaytarılmasına, regional gündəmin dəyişdirilməsinə xidmət edən bütün bu cəhdlər, məhz Azərbaycanın prinsipial mövqeyi, uğurlu diplomatik manevrləri nəticəsində iflasa uğrayıb və Brüsseldə keçirilən dördüncü görüşdə konkret nəticənin əldə olunmasına əlverişli zəmin yaradıb.
Məlum olduğu kimi, ikitərəfli razılaşmalara əsasən, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən elan olunan yeni sənəddə “Qarabağ”, nə də “ATƏT-in Minsk qrupu” ilə bağlı hər hansı bir məqam yer almayıb. Yəni mahiyyət etibarilə, “Minsk Qrupu” formatının tamamilə sıradan və gündəmdən çıxdığı barədə reallıq növbəti dəfə öz təsdiqini tapıb, “Qarabağ” mövzusunun isə Azərbaycanın daxili işi olduğu istisnasız olaraq qəbul edilib. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı var və bu format çərçivəsində həyata keçirilən proses Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərindən inkişaf etdirilir.
Bütövlükdə, görüşdə müzakirə olunan bütün istiqamətlər, o cümlədən sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, minalanmış ərazilər, Birinci Qarabağ müharubəsində itkin düşən Azərbaycan vətəndaşları ilə bağlı məsələlərlə bağlı irəliləyişin əldə olunması, prosesin müsbət dinamika ilə inkişaf etdirildiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Qənaətimə görə, mövcud atmosferin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidentinin səylərini də yükdək qiymətləndirmək lazımdır”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Lukoyl”un Direktorlar Şurasının sədri müəmmalı şəkildə öldü

Next Post

Bağırov Bakı Baş Gömrük İdarəsini ona həvalə etdi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Bağırov Bakı Baş Gömrük İdarəsini ona həvalə etdi

Bağırov Bakı Baş Gömrük İdarəsini ona həvalə etdi

“Əsas odur ki, Brüssel və Moskva Minsk qrupunun adını çəkmirlər”-Politoloq

"Əsas odur ki, Brüssel və Moskva Minsk qrupunun adını çəkmirlər"-Politoloq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.