"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dollardan imtinanın müşkülə çevrilməsi, milli valyutalar üçün devalvasiya riski

02 Sentyabr 2022 - 11:58
in DÜNYA

“Qlobal maliyyə bazarları Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə təzyiqlərlə üzləşir və Çin fürsət taparaq ABŞ dollarının hegemonluğunu aradan qaldırmağı hədəfləyir”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında bildirib.

Analitik qeyd edib ki, ABŞ iqtisadiyyatındakı bahalaşma və inflyasiya Çinin dünya bazarlarında yeni strateji mövqelərə yiyələnməsi üçün yaşıl işıq yandırır:

“ABŞ isə rəqiblərinin dəyirmanına su tökməmək üçün iqtisadi alətlərindən aqressiv şəkildə istifadə etmək məcburiyyətindədir. ABŞ dolların dominantlığını saxlamaqdan ötrü pul siyasətini yenidən şəkilləndirməlidir, ABŞ Federal Ehtiyatlar Bürosu (FED) buna görə faiz dərəcələrini artırmağı qarşıya məqsəd qoyur.
FED faiz dərəcələrini artırarsa, qlobal vitrinlərdə dollarlaşma sürətlənəcək və Çin valyutası yuan bəzi mövqelərini tərk edəcək.
ABŞ xarici investorları dollarla sərmayə qoymağa cəlb etmək üçün dollarlaşmanı sürətləndirmək ehtiyacı ilə qarşı-qarşıya olduğundan, bunun digər milli valyutalara mənfi təsir edəcəyi riski də ortalığa çıxır.
Dolların gücü investorları dollarla ifadə olunan aktivləri almağa məcbur edir, lakin Çin alternativ alətləri dünyaya gətirmək üçün hərəkət içərisindədir. Etiraf etmək lazımdır ki, ABŞ dolları beynəlxalq miqyasda ən etibarlı valyuta və iqtisadi təhlükəsizliyi təmin edən sığınacaq olaraq qalır.
Bəzi ölkələr beynəlxalq ticarətdə hər nə qədər milli valyuta ilə mübadilə həyata keçirməyə çalışsalar da, dollarla ifadə olunan aktivlərə bazar tələbi aşağı düşmür, əksinə, əlavə dəstək qazanır.
Buna görə milli valyutalarla beynəlxalq iqtisadi sistemdə ticarət müşkülə çevrilir, Rusiya, Türkiyə və İran da alternativ bir presedent yaratmaq imkanlarından məhrum kimi görünürlər”.

A.Kərimov vurğulayıb ki, milli valyutaların məzənnəsinin dolların bahalaşması ilə tərs mütənasibliyi böyük şirkətlərin risklərdən qaçmaq üçün ABŞ valyutasına olan etibarını yüksəldir:

“Lakin Çin dolları oturduğu taxtdan endirmək üçün səylərini əsirgəmir, Pekində böyük bir inam var ki, ABŞ valyutasını çökdürmək baş tutacaq.
Çin öz axtarışlarında uğur qazanarsa, bu, onun təsir dairəsində dollara əsaslanan nizamı pozacaq.
Lakin ABŞ-ın dollar hegemonluğu tezliklə yox olmayacaq. Sadəcə, qlobal bazarlardakı qeyri-sabitliyin hazırkı raundu Çinə öz alternativ potensialını inkişaf etdirmək imkanı verir.
Çinin alətləri effektiv nəticələr hasil etsə, onda ABŞ dünyanı dollarla yeni sınağa çəkəcək və digər valyutaların devalvasiyası qaçılmaz olacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazir meşə yanğınlarının səbəblərini açıqladı

Next Post

Erməni hərbçi qəzada öldü

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Erməni hərbçi qəzada öldü

Erməni hərbçi qəzada öldü

“Fransa sülh müqaviləsinin əleyhinədir”-Millət vəkili

"Fransa sülh müqaviləsinin əleyhinədir"-Millət vəkili

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.