ABŞ-da ölümcül Ebola virusuna qarşı yeni vaksin uğurla sınaqdan keçib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, vaksin testi 20 könüllü
üzərində sınaqdan çıxarılıb. Təhqiqat zamanı bəlli olub ki, preparatın böyük dozası heç bir ağır yan təsir olmadan infeksiyaya qarşı güclü immunitet yaradır.
üzərində sınaqdan çıxarılıb. Təhqiqat zamanı bəlli olub ki, preparatın böyük dozası heç bir ağır yan təsir olmadan infeksiyaya qarşı güclü immunitet yaradır.“GlaxoSmithKline” əczaçılıq şirkətinin baş direktoru E.Utti BBC News-a bildirib ki, bu, Ebola üzərində qələbə yolunda ilk addımdır, ancaq hələ bir neçə ay da işləmək və testlər aparmaq lazımdı ki, o, qorxunc xəstəliliyin çarəsi hesab edilsin.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, indiyədək Ebola virusundan 7 min nəfər dünyasını dəyişib.



