Bu ilin fevralından başlayaraq ictimai fəallar Krımda vətəndaş və siyasi haqların 103 pozuntusunu, 75 köklü xalqların hüquqlarının tapdanması faktını qeydə alıblar.
65 dəfə isə krımlıların mədəni və dini haqları tapdanıb. Musavat.com-un məlumatına görə, bu barədə “24” telekanalında gedən “Krım realii” proqramında bildirilib.
65 dəfə isə krımlıların mədəni və dini haqları tapdanıb. Musavat.com-un məlumatına görə, bu barədə “24” telekanalında gedən “Krım realii” proqramında bildirilib.Qeyd edilib ki, əgər Krımın ilhaqından sonra təqiblərə müstəsna olaraq Ukrayna yönlü fəallar məruz qalırdısa, hazırda ən çox Krım tatarlarına təzyiqlər özünü göstərir. Belə ki, ilhaqdan keçən müddətdə köklü xalq olan Krım türklərinin 21 təmsilçisi oğurlanıb. Onların bir qismi həlak olub.
Əlavə edək ki, Krım türklərinin məsələsinin Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə bazar ertəsi başlayacaq səfəri çərçivəsində rəsmi Ankara tərəfindən qaldırılacağı gözlənilir.
(Musavat.com)



