"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Uzaq ölkələri hərbi təlimlərdə nə birləşdirib?

05 Sentyabr 2022 - 12:25
in DÜNYA

“Rusiyanın Primorsk diyarındakı Sergeyevski poliqonunda avqustun 31-də başlayan «Şərq-2022” strateji komanda-qərargah təlimləri davam edir. Təlimlərə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunub. Təlimlərdə Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistanın hərbçiləri bu və ya digər şəkildə iştirak edirlər”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, Qərbin sərt sanksiyaları fonunda Rusiyanın bu təlimlərdə məqsədi özünə yaxın bildiyi dövlətləri bir yerə toplamaqdır.

“Uzaq Nikaraqua ilə Monqolustanı, Hindistanla Çini və ya Azərbaycanla Ermənistanı vahid təlimdə yalnız Rusiya amili birləşdirir. Təsadüfi deyil ki, təlimlərin açılışında iştirak edən Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov açılış nitqində deyib ki, təlimlərdə iştirak edən dövlətləri yalnız sərhədləri yaxınlığında hərbi təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti bağlamır, həm də ölkələr arasında uzun müddətli dostluq münasibətləri, yaşlı nəsillər tərəfindən qoyulmuş ümumi qəhrəmanlıq keçmişi bağlayır. Halbuki, Azərbaycanla Ermənistan və ya Çinlə Hindistan arasında hansı dost münasibətlərdən danışmaq mümkündür? Azərbaycanla Ermənistan arasında sülh sazişi mövcud deyil, Çinlə Hindistan arasında isə sərhəd problemi və tez-tez sərhədin dağlıq hissəsində toqquşmalar var.
Bu arada, Hindistanın öz istehsalı olan ilk təyyarədaşıyan gəmisi “Vikrant”-ın dəniz sınaqlarının dördüncü mərhələsi başa çatıb və bundan sonra gəmi ölkənin Hərbi Dəniz Qüvvələrinə qəbul edilə bilər. Bu gəmi Rusiya istehsalı olan “MiQ” qırıcılarını, həmçinin Rusiyanın “Ka-31” və Amerikanın “MH-60R” helikopterlərini daşıyacaq. Hindistan təyyarədaşıyan gəmidə digər təyyarə və helikopterlərin yerləşdirilməsini də nəzərdən keçirir. Hindistanda təyyarədaşıyan gəminin layihələndirilməsi işlərinə 1999-cu ildə başlanılıb, on il sonra gəminin özülü qoyulub və 2013-cü ilin avqustunda suya buraxılıb. Pandemiya təyyarədaşıyan gəminin avadanlıqları ilə bağlı işləri ləngidib. Hazırda işlər yekunlaşıb.
Hindistanın hərbi gücünü artırması və okeanlarda üzə bilən təyyarədaşıyan gəmilərinin üzməsinin səbəbi bəllidir. Vaxtilə okenlarda yalnız ABŞ-ın təyyarə daşıyan gəmiləri üzər və bu Amerikanın dünyadakı hərbi gücünün nümayişi idi. Bu Hindistanı narahat etmirdi. Çünki ABŞ Hindistan üçün təhlükə yaratmırdı. Ancaq hazırda belə gəmilər Çində də var. Çinin bölgədə artan hərbi gücü və təyyarədaşıyan gəmiləri Hindistanı ciddi narahat etməyə başladı. Bu səbəbdən Hindistan Çindən geri qalmamağa çalışır. Dehli Çinin planlarından narahatdır. Bu səbəbdən Hindistanla Çinin eyni hərbi təlimlərdə iştirakı sadəcə simvolik xarakter daşıyır”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropada qazın qiyməti 30% bahalaşdı

Next Post

Hindistanda attraksion qırıldı: yaralılar var – Video

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Hindistanda attraksion qırıldı: yaralılar var – Video

Hindistanda attraksion qırıldı: yaralılar var - Video

“Nazirliklər və komitələrin qapıları istedadlı şəxslərin üzünə açıq olmalıdır”-Deputat

"Nazirliklər və komitələrin qapıları istedadlı şəxslərin üzünə açıq olmalıdır"-Deputat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.