"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putinin təsdiq etdiyi konsepsiyanın mahiyyəti nədir?

06 Sentyabr 2022 - 17:00
in SİYASƏT

“Rusiya prezidenti Vladimir Putin humanitar siyasət konsepsiyasını təsdiq edib. Konsepsiyaya əsasən xarici ölkələrdə Rusiyanın mədəniyyəti, tarixi və dilinin təbliği dövlət siyasətinin tərkib hissəsinə çevriləcək. Bu fəaliyyət Kremlin birbaşa nəzarətində olacaq”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Məkrəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:

“Kremldən açıqlayıblar ki, konsepsiya indiki sərt sanksiyalar fonunda Qərb ölkələrində həyata keçirilməyəcək. Deməli, diqqət daha çox Rusiyaya qonşu ölkələrə yönələcək. Konsepsiyanın əsas məqsədi kimi “Rusiyanın xaricdə obyektiv qavrayışını formalaşdırmaq” göstərilib. Maraqlıdır, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və ətrafdakı separatçılara verdiyi dəstək fonunda hansı “obyektiv qavrayışdan” danışmaq olar? Demək təbliğat obyektiv olmayacaq, Ukrayna mövzusunda ya danışmaq istəməyəcəklər, ya da deyəcəklər ki, “Rusiya Ukraynada rus dünyasını qorumağa çalışır”.
Putinin təsdiq etdiyi konsepsiyada ayrı bənd kimi xarici ölkələrdə rus dilinin mövqelərinin möhkəmləndirilməsi vacibliyi göstərilib. Azərbaycan kimi ölkələrdə buna ehtiyac yoxdur. Rus dilinin məmləkətimizdə mövqeləri o qədər möhkəmdir ki, bir sıra ailələrdə ana dilini əvəz edib. Konsepsiyaya əsasən xarici ölkələrdə rus dilində olimpiadaların keçirilməsi, rus ədəbiyyatının və tarixinin öyrənilməsinin gücləndirlməsi yer alıb. Bu o deməkdir ki, Rusiyanın müxtəlif ölkələrdəki səfirlikləri yeni konsepiyanın yerinə yetirilməsi üçün çalışmalarını gücləndirəcəklər.
Konsepsiyada İkinci Dünya Müharibəsinə aid belə bir bənd var: “Rusiya xarici ölkələrdə İkinci Dünya və Böyük Vətən müharibəsinin qələbə qazanmasında sovet xalqının rolunu azaltmağa çalışma səylərinin qarşısını almalıdır”. Bu bənd birbaşa Rusiyanın başqa dövlətlərin daxili işlərinə qarışmasıdır. Mən Stalini Hitlerlə bir tuturam, hər ikisi xalqları əzən diktator olub, İkinci Dünya müharibəsi zamanı Varşavada alman faşistlərinə qarşışı qiyam qalxdı, polşalılar kömək gözlədilər, ancaq çayın o biri sahilində qətliamı izləyən SSRİ qoşunları gözləmə mövqeyində dayandılar. Belə çıxır ki, Rusiyanın humanitar siyasət konsepsiyasına görə öz ölkəmdə mənim kimi düşünənləri hədəf alacaqlar. Konsepsiyada separatçıları da unutmayıblar: “Rusiya Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə yanaşı Abxaziya, Cənubi Osetiya, Donetsk və Luqansk Respublikaları ilə də ikitərəfli əlaqələrin genişləndirməlidir”.
Göründüyü kimi, bu Rusiyanı dünyada tanıtmaq üçün xoşniyyətli konsepsiya deyil. Əsas məqsədi Kremlin planlarını və düşüncə tərzini konsepsiya yolu ilə müxtəlif dövlətlərə zorla qəbul etdirməkdir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın ən iri yerli pulemyotu – Foto

Next Post

DGK-nın daha bir generalı vəzifəsindən azad olundu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
DGK-nın daha bir generalı vəzifəsindən azad olundu

DGK-nın daha bir generalı vəzifəsindən azad olundu

Azərbaycana qarşı təxribatın artmasına səbəb nədir?

Azərbaycana qarşı təxribatın artmasına səbəb nədir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.