Vəkili isə “Mən də onun kimi atəş açardım”, deyir
Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Ferqüson şəhərində polis tərəfindən qaradərili yeniyetmə Maykl Braunun öldürülməsi ilə bağlı keçirilən etiraz aksiyaları dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Xatırladaq ki, bu il avqustun 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polis Darren Uilsonun açdığı atəş nəticəsində həlak olub. Elə o vaxtdan da buna etiraz olaraq Amerikanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları baş verir. ABŞ Milli Qvardiya hissələri müxtəlif şəhərlərə yeridilib.
“The Associated Press” bildirir ki, polis zabiti Darren Uilson polis orqanlarından xaric edilib. O, ölümlə nəticələnmiş insidentdən dərhal sonra işdən kənarlaşdırılmışdı. Bu barədə zabitin vəkili Hil Bruntraqer məlumat verib. Vəkil deyib ki, Darren Uilsonun istefa verməsinə görə çox üzülüb: “Amma mən də eyni vəziyyətlə qarşılaşsaydım, atəş açardım”.
28 yaşlı zabiti bildirib ki, Andlılar Məhkəməsi bu hadisə ilə bağlı ona bəraət verdikdən sonra istefa vermək qərarına gəlib.
Agentlik qeyd edir ki, Andlılar Məhkəməsi qətli törətmiş zabitin işinə 3 ay müddətində baxıb. Maraqlıdır ki, Darren Uilsonun rəhbəri olan polis generalı bildirib ki, o, nümunəvi polis zabiti idi.
Münsiflər heyətinin zabitlə bağlı çıxardığı bəraət hökmü Amerikada ciddi etirazla qarşılanıb və kütləvi etirazlar müxtəlif şəhərlərdə hələ də davam edir.
(musavat.com)