"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Postsovet məkanında tökülən qanlarda Qərbin birbaşa məsuliyyəti var”

07 Sentyabr 2022 - 12:43
in Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “Qərb ölkələri Moldova, Gürcüstan və Ukraynadakı seperatizmi pislədikləri halda Azərbaycandakı seperatizmi nəinki pisləməyiblər, əksinə, humanitar yardım adı ilə Qarabağdakı separatçı rejimə yardım ediblər”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinin sorğusunu cavablandırıb. Elchi.az sorğunu və BAXCP sədrinin cavabını oxuculara təqdim edir:

  • -Qüdrət bəy, Qərbdə, xüsusilə ABŞ-da sığınacaq tapmış bəzi jurnalistlər və soydaşlarımız yorulmadan deyirlər ki, Qərb Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasını və bölgədə sülh istəyir. Bu, doğrudan belədir?
  • -Başqa cür danışsalar onlara pul verməzlər və yaşadıqları ölkələrdən qovarlar. 44 günlük savaşda Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsaydı Qərb bunu alqışlayacaqdı. Qarabağ ermənilərinin müstəqilliyini təmin edəcək Madrid prinsiplərini də onlar təqdim etmişdi. Sadəcə, Ermənistan işğal etdiyi Qarabağ ətrafındakı əraziləri boşaltmamaq üçün onu qəbul etmədi. 44 günlük savaş zamanı Azərbaycanın durdurulması üçün Makronun Putinə necə yalvarmasının, Fransa parlamentinin Qarabağdakı qondarma rejimi tanımasını da yaddan çıxarmamaşıq. Birinci Qarabağ savaşında ABŞ qanlı seperatizmlə və işğalla üzləşmiş Azərbaycana sanksiya tətbiq etdi. Rusiyanın Ermənistana verdiyi hərbi dəstəyi alqışladı. 1990-cı ilin 20 Yanvarında dinc insanları Bakıda gülləboran etmiş gorbagor Qorbaçovu dəstəklədiyi kimi. Münaqişə başlayandan bu günə qədər Qərb liderləri heç vaxt deməyiblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt, heç bir formada Rusiyanın hərbi-siyasi müttəfiqi olan işğalçı Ermənistana təzyiq etməyiblər. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib Şuşaya səfərdən imtina etmək siyasi riyakarlıq deyil bəs nədir? Qərbin Qarabağdakı qanlı seperatizmi pisləməməsi və seperatizmi dəstəkləməklə yanşı birbaşa Azərbaycan torpaqlarını işğal edən Ermənistana verdiyi dəstək digər sovet respublikalarında da qanlı seperatizmə yol açdı. Ona görə də postsovet məkanında tökülən qanlarda Qərbin birbaşa məsuliyyəti var. Qərb ölkələri Moldova, Gürcüstan və Ukraynadakı seperatizmi pislədikləri halda Azərbaycandakı seperatizmi nəinki pisləməyiblər əksinə, humanitar yardım adı ilə Qarabağdakı separatçı rejimə yardım ediblər. İşğalçı Ermənistana bir milyon qaçqınla baş-başa qalmış Azərbaycandan dəfələrlə çox kömək ediblər. Azərbaycana da köməyi ona görə ediblər ki, Azərbaycanın enerji daşıyıcıları Avropaya çıxarılsın, Azərbaycan Rusiyanın əyalətinə çevrilməsin. ABŞ Azərbaycana sanksiyalar tətbiq edəndə Elçibəy prezident idi. Məhz bu fakt imkan verir ki, Qərbin Qarabağ məsələsində Azərbaycana dəstək verməməsini Azərbaycanda demokratiyanın olmaması ilə ört-basdır etmək istəyənlərin siyasi riyakar olduqlarını bəyan edək. Qərb Rusiyanın bölgədən getməyini o zaman istəyər ki, Qarabağ ya müstəqil ölkə olub öz təhlükəsizliyini təmin edə bilsin, ya Ermənistana birləşdirilsin, yaxud rus əsgərlərini fransız əsgərləri əvəz etsin.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğanla bunu müzakirə edəcəm, Avropa bizi aldadır – Putin

Next Post

Rusiyanın qazı Avropaya Çindən çatdırılacaq?

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Rusiyanın qazı Avropaya Çindən çatdırılacaq?

Rusiyanın qazı Avropaya Çindən çatdırılacaq?

Paşinyan Putinə təşəkkür etdi

Paşinyan: Azərbaycanla sərhədin açılmasında maraqlıyıq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.