"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yüngüllük, yaltaqlıq aşılayan verilişlər TV ləri işğal edib”-Sosioloq

09 Sentyabr 2022 - 20:21
in CƏMİYYƏT, SOSİAL

“İndi ölkədə ən xoşagəlməz hallardan biri də son dövrlərdə yarımçıq düşünən insanların çox sayda yetişməsidir. Həmin insanlar özləri də bilmədən cəmiyyətimiz üçün xeyli problemlər yaradır. Onlar əksər savadsız mollalar kimi, lazımi qədər məlumatları olmadıqları məsələlərdən çox əminliklə danışır, sensasiya yaratmağı xoşlayır, bununla da özlərini təsdiq etməyə çalışır, başqalarından daha ağıllı olduqlarını nümayiş etdirməyi sevirlər. Bu hərəkətlərinin necə nəticələr verəcəyini düşünmürlər… Bu da cəhalətin müasir bir növüdür….”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu fikirləri sosioloq-alim Əhməd Qəşəmoğlu Feysbuk hesabında qeyd edib:

“Həmin insanları tənqid etmək fikrində deyiləm. Onlar da bizim vətəndaşımızdır, xalqımızın nümayəndələridir. Təbii ki, mahiyyətinə varsalar, özləri də o halda olmaq istəməzlər…
Ahəngyol elmində ətraflı əsaslandırıldığı kimi, insanın davranışının formalaşmasına 4 mühüm amil təsir edir: 1) insanın öz fitrəti, öz məxsusi psixoloji xüsusiyyətləri; 2) yaşadığı mühit; 3) aldığı informasiyaların məzmunu və intensivliyi və 4) üstünlük verdiyi dəyərlər. Həmin insanlar çoxalmışsa, cəmiyyətdə xeyli problemlər yaradırlarsa, günahı onların özündə axtarıb, onları söyüb-yamanlamaq yox, bu 4 amil üzrə hamılıqla birlikdə hansı səhvlərə yol verdiyimizi düşünə bilsək, yəqin ki, çıxış yollarını daha tez taparıq.
1) Xalqımız hər zaman belə(gəvəzə) insanları xoşlamayıb. Yaşı 60-dan yuxarı olanlar xatırlayır ki, əvvəllər belə adamlar çox az idi. Deməli bu bizim milli xüsusiyyət deyil.
2) Mühitdə problemlər yaranıb. Əvvəllər yeni nəslin formalaşmasında aşağıdakı amillər çox mühüm rol oynayırdı: a) ailə; b) məktəb; c)cəmiyyət; d) bədii ədəbiyyat, filmlər, TV. İndi ailələrdə tarixdə görünməyən bir gərginlik var. Cəmiyyətdə xeyli problemlər var, gərginlik yaşanır. Bədii ədəbiyyat oxunmur, oxunanda da mənəvi aşınmaya daha çox yardım edən ədəbiyyat oxunur. Oğru aləmindən, ucuz dedektiv, “boyevik” və s. Mənəvi dəyərlər aşılayan filmlər yox dərəcəsindədir. TV ləri bir çox hallarda yüngüllük, yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal eləyib…. Ümid tək təhsil sisteminədir. Təhsil sistemi uzun illərdir ki, eksperimentlər obyektinə çevrilib.
İşsiz adamlar çoxalıb. Özünü əməyin hansısa növünə həsr etmək vərdişi yaddan çıxıb. Xeyli bekar adamlar yaranıb. İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir. İnsan xarakteri elədir ki, beşikdən başlayaraq özünü təsdiq etmək təlabatı vardır. Özünü hansısa konkret, maraqlı bir işdə təsdiq eyləyə bilməyən adamlar özünü təsdiq üçün yollar axtarır. Özünü mühüm adam kimi göstərmək, bir çoxlarına bu sahədə kömək edir.
3) Təəsüf ki, ətrafdan, TV-lərdən, sosial şəbəkələrdən alınan informasiyaların məzmunu ürəkaçan deyil. TV – lər özündən bədgüman adamların artmasında mühüm rol oynayır.
4) Min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablar cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verməyə çağırır. Çünki, mənəvi dəyərlər üstün olan yerdə ahəngdar münasibətlər yaranır. Mənəvi dəyərlər arxa plana keçən yerdə isə hər zaman gərginlik, qarşıdurma, mənəvi aşınma baş verir.
Yarımçıq düşünən insanların sayının çox olması olduqca arzu olunmaz bir göstəricidir.
Şükür ki, bu vəziyyətdən çıxış yolları mövcuddur…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qərb Rusiya-Ukrayna müharibəsinin uzanmasını istəmir”-Politoloq

Next Post

Rusiyanın “İsgəndər” raketləri TÜKƏNİR

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Next Post
Rusiyanın “İsgəndər” raketləri TÜKƏNİR

Rusiyanın “İsgəndər” raketləri TÜKƏNİR

Ekspert: “Bu hallar məktəbdə işçilər arasında ayrı-seçkilik yaradır”

Ekspert: "Bu hallar məktəbdə işçilər arasında ayrı-seçkilik yaradır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.