"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkmənistan Rusiyanın təklifini qəbul edəcəkmi?

12 Sentyabr 2022 - 11:22
in MÖVQE

“Rusiya Avropaya qazın nəqlini azaltmaq məcburiyyətində qaldıqdan sonra yeni bazarlar axtarmağa başlayıb. Əsas alternativ bazar Çindir. Rusiya Sibirdən Çinə boru xətti çəkib, ikincisi də inşa etmək istəyir. Kreml başqa qonşu ölkələrlə də bu sahədə əməkdaşlığı genişləndirməyə çalışır Belə ölkələrdən biri Türkmənistandır”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:

“Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bir müddət əvvəl Aşqabada gedərək ölkə rəhbərliyi ilə fikir mübadiləsi aparıb. Miller Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədovla enerji sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə edib. Rusiya Türkmənistan üzərindən Cənubi Asiya ölkələrinə qaz nəql etmək istəyir. Bunun üçün Türkmənistannı qaz infrastukturundan istifadə ediləcək. Bu ideyanı gerçəkləşdirmək üçün yeni boru xətləri də çəkilməlidir.

Beləliklə, Kremlin Türkmənistana ehtiyacı yaranıb. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin keçmiş türkmən həmkarı Qurbanqulu Berdıməhəmmədova orden verib. Görünür, Putin hesab edir ki, hazırki prezident atasının məsləhəti ilə dövləti idarə edir.

Rusiya qazının Türkmənistan ərazisindən Cənubi Asiya ölkələrinə nəqli təklifinə Aşqabadın necə cavab verəcəyi bəlli deyil. Türkmənistan özü qaz ölkəsidir və yeni bazarlar axtarır. Türkmənistan İran üzərindən Azərbaycana qaz nəql edir və türkmən qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmağa başlanıb. Avropa daha çox türkmən qazının nəqlini istəyir. Ancaq bunun mümkün olması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Bu isə Rusiya və İranın əngəllərinə görə mümkün deyil. Türkmənistanın özü də dənizin dibi ilə boru xəttinin çəkilişınə maraq göstərmir. Bu isə Rusiyanın maraqlarına cavab verir.

Rusiyanın özü də Türkmənistandan qaz alır. Kremlin məqsədi başqa ölkələrin Türkmənistanda mövqelərinin möhkəmlənməsinə mane olmaqdır. Ancaq Avropa bazarını itirməkdə olan Rusiyanın Türkmənistan qazını alması çətinləşib. Rusiya türkmən qazını alıb Avropaya satırdı. Hazırda isə Rusiya öz qazını Avropaya sata bilmir.

Türkmənistan və Rusiya Çinə qaz satırlar. Əslində Rusiya və Türkmənistan Çin bazarında rəqibdirlər. Buna baxmayaraq, Rusiya Türkmənistan üzərindən Pakistan və Hindistan bazarlarına da çıxış imkanı əldə etmək istəyir. Siyahıda Əfqanıstan da var.

Rusiyanın Türkmənistandakı səfiri Aleksandr Bloxin “Qazprom” sədrinin Aşqabada səfərindən bir neçə gün sonra açıqlama verərək iki ölkənin qaz bazarında bir-birinə rəqib olmadığını iddia edib: “Biz əməkdaşlıq edirik. Rusiya Türkmənistandan müəyyən həcmdə qaz alır. Bu hər iki dövlətin maraqlarına cavab verir”. Səfirin sözlərinə görə, Avropaya qaz nəqlini dayandıqdan sonra sonra Rusiya və Türkmənistan üçün əsas bazarlardan biri Çindir.

Rusiyanın Türkmənistandakı səfiri Aşqabadın əvəzinə də açıqlamalar verib. Səfir demək istəyib ki, Rusiya bəlli səbəblərdən Türkmənistandan qaz ala bilməyəcəksə, hər iki ölkə qazın tamamını Çinə istiqamətləndirəcəklər. Türkmənistan onsuz da Çinə qaz ixrac edir. Ancaq Aşqabad Avropa bazarına da çıxış əldə etmək istəyir. Rusiyanın səfiri isə Aşqabadı xəbərdar edir ki, “Avropa bazarını unudun” “.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna Xarkovu tam aldı – indi diktə edəcək

Next Post

Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Goranboyda yol qəzası olub, xəsarət alan var

Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

Simonyandan şok: Kreml bu suallardan qorxur…

Simonyandan şok: Kreml bu suallardan qorxur...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.