Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Prezidenti Şarl Mişelə zəng edib.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Avropa Şurasının rəhbəri regionda sülh və sabitliyə alternativin olmadığını qeyd edib və sərhəddəki vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün səy göstərməyə hazır olduğunu bildirib.





