“Paşinyan bütün gecəni onlardan geosiyasi alət kimi faydalanan, yaxud da faydalanmağı planlaşdıranların hamısına zəng edərək Azərbaycanın Ermənistanın içərisindəki mövqeləri vurduğunu bildirib”.
Elchi.az-ın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev Feysbuk hesabında qeyd edib:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə, beynəlxalq media və ekspertlər qarşısında da bəyan etmişdi ki, hay faşizminin yenidən baş qaldırmasına və ölkəmizə qarşı yeni təhdidlərə əl atmasına imkan verilməyəcək.
Mən məhz Müzəffər Ali Baş Komandanımızın həmən bəyanatlarına əsaslanaraq cəmisi iki gün öncə yazmışdım ki, ordumuzun Kəlbəcər, Laçın və Qarabağdakı mövqelərini ardıcıl atəşə tutması qarşı tərəfə baha başa gələcək.
Paşinyanın zəng etdikləri üçün də bu, sirr deyildi ki, Ermənistanın təxribatları, Qarabağdan qanunsuz silahlı birləşmələrini çıxarmaması, üçtərəfli bəyanatda və digər razılaşmalarda üzərinə götürdüyü öhdəliyə əməl etməməsi cavabsız qalmayacaq.
Və yaxşı olardı ki, Paşinyan onlara Azərbaycandan yox, elə özlərindən şikayət etsin. Axı kim də bilməsə, Ermənistanın baş naziri yaxşı bilir ki, hayları üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməməyə, Azərbaycana qarşı ərazi iddiasına son qoymamağa, yenidən “arsax”lamağa həvəsləndirən kimlərdir.
Tanrı əsgər və zabitlərimizi qorusun, ordumuza yar olsun!”.
Şayəstə





