"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bir böhtanın tarixçəsi-Cəmaləddin Quliyev yazır

13 Sentyabr 2022 - 22:24
in KÖŞƏ YAZILARI

“Tarixçi alim, Baku Research Institute layihəsinin rəhbəri Altay Göyüşov Azərbaycanı Ermənistana hərbi təcavüzdə və irredentist siyasət yürürtməkdə ittiham edib. “Əliyevin Zəngəzur, İrəvan tipli irridentizminə cəmiyyət onun özündən daha çox inanır, dəstəkləyir. Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” deyir Altay Göyüşov”.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:

“İrredentizm nədir?
İlk dəfə 19 –cu əsrdə Avstriya-Macarıstan imperiyasındakı keçmiş latın-itlayan dilli əraziləri yeni yaranmış İtaliya dövlətinə birləşdirmək üçün hərəkat başlayanda bu hərəkata irredentizm adı verilmişdi. 19-cu əsrdə, 20-ci əsrdə Osmanlı, Avstriya-Macarıstan, Rusiya imperiyalaırnın xarabalıqları yerində cənubi slavyanları, yunanları, polyakları, erməniləri, ərəbləri vahid dövlətdə birləşdirmək, tarixi torpaqlara iddialar səslənəndə dünya buna elə də mənfi yanaşmayıb, əksinə bu təşəbbüslər dəstəklənib.
Amma elə İtaliyada Mussolini hakimiyyətə gəlib az qala bütün Aralıq dənizi hövzəsi ölkələrinə-qədim Roma torpaqları kimi ərazi iddiası irəli sürəndən, nəhayət, BMT yaranandan, sərhədlərin zorla dəyişdirilməsini istisna edən müasir dünya nizamı bərqərar olduqdan sonra irredentizm pozitiv cazibəsini tədricən itirdi və zərərli ideologiya kimi qəbul olunmağa başladı. Hərçənd 1950-60-cı illərdə Kipri Yunanıstanı birləşdirməyi özünə hədəf seçmiş “Enozis” və ya 80-90-cı illərdə Dağlıq Qarabağı Ermənistana ilhaq etməyə çalışan “Miatsum” hərəkatlarına belə birmənalı beynəlxalq qınaq olmadı.
Bəs Azərbaycan barəsində bu ittiham hardan qaynaqlanır?
Azərbaycan Prezidentinin irredentist siyasət yürütməkdə ittiham edilməsi yeni deyil. Londondakı “Conciliation Resources “ sülhyaratma təşkilatının proqram rəhbəri, Azərbaycan və Ermənistan haqda bir neçə tədqiqat, o cümlədən kitab müəllifi Lourens Broers ötən il avqustunda “Azərbaycan irredentiziminin qaydışı” adlı yazı da dərc etmişdi. Yazıda Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı diskrusu tarixi torpaqlara qayıdış diskursuna çevirməsi səbəblərinə toxunur. Müəllif obyektiv olmağa çalışaraq Ermənistanın uzun müddət irredendist siyasətindən yazır, Qarabağ üzərində bitməyən iddialarına qarşı Azərbaycanın da Zəngəzurla bağlı iddiaları müzakirə etdiyini, bunun ayna üsulu ilə cavab olduğunu vurğulayırdı. Amma belə müzakirələrin sülh danışıqlarına mane olacağını və Azərbaycanın “qonşu ölkələrlə problemi olan dövlət” imici qazana biləcəyini qeyd edir, azərbaycançılıq ideologiyasının türk etnik millətçiliyi ilə əvəzlənə bilməsi perspektivi haqda da bəhs edirdi.
Azərbaycan irredentizmi haqda müzakirələr çox zaman Səddam Hüseyn müqayisəsi ilə də aparılıb. II Qarabağ müharibəsindən sonra isə bu müqayisə bir neçə dəfə ABŞ-ın müxtəlif KİV-lərində qatı antiazərbaycan mövqeyi ilə tanınan Maykl Rubin , rus mediasında İsmayıl Şabanov, İsveçin svantelundgren.wordpress.com, Gürcüstanda Avropa İttifaqının maliyyəsi ilə yayımlanan “Oc-media” nəşrləri tərəfindən aparılıb.
Amma daha çox İran mediasında bu müqayisələrin ardıcıl aparıldığına, ittihamlar səsləndirilməsinə şahidi oluruq. “İran Diplomacy”, “Mashreghnews”, “Anaj”, “Al-Alam” tərəfindən Azərbaycan prezidenti barədə belə müqayisələr aparılıb, xoşagəlməz ifadələr səsləndirlib. Məşhur şeir qaqlmaqalından sonra İran parlamentinin sabiq komitə sədri Müctəba Zunnur tərəfindən Ərdoğan haqda da belə epitet səsləndirlmişdi.
İran mediasında Cənubi Azərbaycandakı mədəni və sosial haqlar uğrunda hərəkat əvvəllər daha çox pantürkizm adıyla damğalanırdısa, indi “panazərizm (panazərbaycanizm) təhlükəsi”ndən daha çox yazılır, II Qarabağ müharibəsindəki qələbədən sonra Zəngəzurun Azərbaycan tərəfindən ilhaq edilə biləcəyi, nəzərlərin Cənubi Azərbaycana yönələcəyi haqda qorxular dilə gətirilir.
Bəs, Altay Göyüşov niyə birdən-birə xaricdəki bu çoxçeşidli Azərbaycan bədxahlarının leksikonu ilə danışmağa, onların ittihamlarını səsləndirməyə başlasın ki?
Yəqin ki, rəhbərlik etdiyi layihənin əməkdaşlıq etdiyi xarici partnyorların, maliyyə mənbələrinin siyahısına nəzər salıb müəyyən cavablar almaq mümkündür. O əməkdaşların, o mənbələrin hansı səbəbə erməni irredentizmini deyil, Azərbaycanın bu iddialara ayna üsulu ilə cavabını qınamaqda maraqlı olmaları haqda düşünüb- düşünməməyi isə tarixçi professorun öz mühakiməsinə buraxaq.
Tanınmış ukraynalı alim, professor Taras Kuzyo ötən ilin sentyabrında ABŞ mediasında “Rus və erməni irredentizmi Avrasiyada sabitliyi poza bilər” başlığı ilə yazı dərc etmişdi. Təəssüf ki, alimin proqnozu bu ilin fevralında Ukraynaya hərbi təcavüz başladıqdan və dünən gecə erməni ordusunun növbəti təxribatlarından sonra özünü doğruldur. Məqaləni Altay Göyüşov kimi düşünənlərə cavab olaraq yenidən yayımlamaq pis olmazdı”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Paşinyana təxribat planını Putin verib!”

Next Post

TBMM sədrindən Azərbaycana başsağlığı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post
TBMM sədrindən Azərbaycana başsağlığı

TBMM sədrindən Azərbaycana başsağlığı

Şəhidlərimiz İkinci Fəxri xiyabanda dəfn olunur – VİDEO

Şəhidlərimiz İkinci Fəxri xiyabanda dəfn olunur - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.