"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Paşinyan KTMT və Şanxay Əməkdaşlı Təşkilatından narazıdır

15 Sentyabr 2022 - 12:50
in SİYASƏT

“Ermənistanın baş naziri Nikol Paşinyan son toqquşmalar fonunda İkinci Qarabağ müharibəsində olduğu kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsini tələb edib. Paşinyanın təkidi əsasında təşkilata üzv dövlətlərin liderləri videoformat çətçivəsində qısa müzakirə keçiriblər. Bir daha bəlli oldu ki, Ermənistanın təxribatlarına görə təşkilata üzv dövlətlər Azərbaycan əleyhinə qərar qəbul etmək istəmirlər”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında qeyd edib:

“KTMT-də Ermənistan xaricində üzv dövlətlərin Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri var. Təşkilatın üzvlərindən Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev avqust ayında Azərbaycana səfər etmiş və bildirmişdi ki, Azzərbaycanla strateji tərəfdaşlıq strateji müttəfiqlik səviyyəsinə qaldırılıb. Tokayev videformat çərçivəsində keçirilən müzakirədə Paşinyana bir daha xatırladıb ki, Ermənistanın Azərbaycanla mübahisəsinə qarışmayacaqlar, bunun əvəzinə sülh sazişinin imzalanmasını dəstəkləyirlər. KTMT Paşinyanı sakitləşdirmək üçün sadəcə Ermənistana ekspert qrupu göndərəcək.
Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının bu gün işinə başlayan zirvə toplantısına qatılmaması KTMT üzvlərinin xoşuna gəlməyəcək. Azərbaycan prezidenti İlham Əliyev toplantıda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək. Halbuki, Paşinyan Səmərqənddə İlham Əliyevlə görüşüb son vəziyyəti müzakirə edə bilərdi. Paşinyan bu fürsəti qaçırtdı.
Bu arada, Çin lideri Tsi Sinpinin Səmərqənddən əvvəl Qazaxıstana səfəri diqqət mərkəzində idi. Tokayev Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Çin Qazaxıstanın əsas ticarət tərəfdaşlarındandır. Si Sinpin də çıxışında ölkəsinin Qazaxıstanla əlaqələrə önəm verdiyini bildirib. Si Sinpinin sonrakı cümləsi də maraqlıdır: “Pekin bundan sonra da Qazaxıstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək”.
Əslində Si Sinpinin bu cümləsi Kremlə mesajdır. Çünki məhz Rusiyanın siyasi və ekspert darilərində Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar səsləndirilir və bu mediada yayımlanır. Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləmək Pekinə praktik baxımdan da vacibdir. Çindəki uyğurların bir hissəsi öz hüquqları uğrunda mübarizə aparır. Pekin bu mübarizəni Çinin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir. Pekin Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləməklə Nursultanın da Çinin ərazi bütövlüyünü dəstəkləməsini istəyir. Çünki Çindəki rejimin işgəncələrindən qaçan uyğurların bir qrupu Qazaxıstanda sığınacaq tapıb.
Çin Qazaxıstana milyardlarla dollar yatırım qoyub. Pekin “bir kəmər, bir yol” layihəsini reallaşdırmağa çalışır. Bu layihəyə xeyli ölkə cəlb olunub. Qazaxıstanla yanaşı Azərbaycan da bu layihənin tərkib hissəsi olmaq istəyir. Rəsmi Bakının Şanxay Əməkdaşlıq Təşkilatına marağı məhz bununla bağlıdır. İrəvan da Çinin “bir kəmər, bir yol” layihəsində iştiraka can atır. Ancaq Paşinyan bugünkü toplantıya qatılmamaqla Ermənistanın bu layihədə iştirakı imkanını minimuma endirir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DSX şəhid hərbçilərinin adını açıqladı – Siyahı

Next Post

MİDA-nın bu dəfəki satışında da problem oldu: SƏBƏB nədir?

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
MİDA-nın bu dəfəki satışında da problem oldu: SƏBƏB nədir?

MİDA-nın bu dəfəki satışında da problem oldu: SƏBƏB nədir?

İranın dini adlı siyasi təbliğat maşını necə işləyir?

İranın dini adlı siyasi təbliğat maşını necə işləyir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.