"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputatdan qanunsuz reklam dövriyyəsi haqda şok açıqlama: “500 milyon…”

02 Dekabr 2014 - 15:40
in XƏBƏR LENTİ

Millət vəkili Vahid Əhmədov: “Reklam müqavilələrində kommersiya sirri aradan qaldırılacaq”img1693137

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Reklam haqqında qanun 1994-cü ildə qəbul olunub. Bu müddət ərzində mədəni, humanitar, ictimai-siyasi həyatda böyük dəyişikliklər baş verib və ölkə iqtisadiyyatında güclü inkişaf olub”.
Bunu Aktual.az-a “Reklam haqqında” yeni qanun layihəsinin müəllifi, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, indi ölkədə reklam bazarı, faktiki olaraq, pis vəziyyətdədir: “Təsəvvür edin ki, Azərbaycanın reklam bazarının ümumi dəyərinin dövriyyəsi 60 milyon manatdır. Büdcəyə isə cəmi 26 milyon manat pul ödənilir. Amma bizim hesablamalarımıza görə, dövriyyə, hardasa 500 milyon manatdan yuxarıdır. Yəni burda gizli iqtisadiyyatın çaları var; kölgə reklamları olur, reklamlardan gələn gəlirdən dövlət büdcəsinə vergi ödənilmir və sairə bu kimi hallar olur.
İkincisi də, ölkədəki reklamların vəziyyəti acınacaqlıdır. İlk növbədə, dil məsələsi həll olunmalıdır. Yəni Azərbaycan dili birinci olmalıdır, lakin sonra digər əcnəbi dillərdə ola bilər. Yeni qanunda belə nəzərdə tutulur. Amma bir nüans da var ki, əcnəbi dildəki reklamlar Azərbaycan dili şriftlərindən böyük olmamalıdır, onlardan kiçik olmalıdır. Həm də yazılışda orfoqrafik, qrammatik səhvlərə yol verilməməlidir”.
V. Əhmədov internet vasitəsi ilə həyata keçirilən reklamların da yeni qanunda öz əksini tapdığını bildirib: “İndiki dövrdə informasiya texnologiyaları inkişaf edib, internet hamımızın həyatında mühüm rol oynayır. İndi də başlayıblar SMS-lərlə alver eləməyə, insanların sağlamlığına zərər vuran müəyyən hadisələr baş verir. Bu da qanunda öz əksini tapıb. Yalnız ikitərəfli müqavilələr olduğu halda, sən internet vasitəsi ilə ticarət əlaqəsi yarada bilərsən. Müqavilən olmasa, bu, qeyri-qanuni sayılacaq. Həmçinin yeni qanunda küçə reklamı, nəqliyyatda reklamlar da tənzimlənəcək”.
Millət vəkili sonda onu da vurğulayıb ki, yeni qanunda, həm də televiziya reklamlarına dövlət nəzarəti olacaq: “Artıq reklam müqavilələrində kommersiya sirri deyə bir anlayış olmayacaq. Axı necə gizlin ola bilər ki, sən dövlətin ərazisində fəaliyyət göstərirsən, müqavilə bağlayırsan, amma adını gizlin qoyursan. Sən bu ölkənin ərazisində fəaliyyət göstərirsənsə, o fəaliyyətə əsasən vergi ödəməlisən. Vergi ödəmirsənsə, demək, qeyri-qanunidir bunlar hamısı. Bu, ölkədə fəaliyyət göstərən telekanallara da şamil olunacaq Yeni reklam qanununda bunlar öz əksini tapacaq”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni qəzeti Xocalı faciəsini etiraf etdi

Next Post

Baş Prokurorluğun idarə rəisi işdən çıxarılıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Baş Prokurorluğun idarə rəisi işdən çıxarılıb

Əli Həsənov: "Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.