ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda danışıqlar aparan Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini sentyabrın sonunadək yenidən görüşməyə dəvət edib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
“Blinken insan itkisinə görə başsağlığı verib və gələcək döyüşlərin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onlar növbəti addımları müzakirə ediblər və dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb”, – məlumatda deyilir.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...




