Qazaxıstan Avropadan yük daşıyan Rusiya maşınlarını əsassız tələblər irəli sürərək saxlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Rusiya Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
“Rusiya tərəfi AB-dən yük daşıyan yerli daşıyıcıların yük maşınlarının saxlanılması ilə bağlı ən azı səkkiz hadisədən xəbərdardır, lakin Qazaxıstanda ilişib qalan maşınların dəqiq sayını demək mümkün deyil. Onların bəziləri qayda pozanların dayanacaqlarında, digərləri gömrük terminallarındadır. Sürücülərdən bütün sənədləri götürüldüyü üçün onlar heç yerə gedə bilmirlər”,- məlumatda deyilib.
Qeyd olunur ki, Qazaxıstan hakimiyyəti rusiyalı sürücülərdən ölkədaxili deyil, AB-dən Belarus və Rusiyaya gedən yükdaşımalarının yol sənədlərini istəyir.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





