"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Putinin yaxın dostu və aşbazı həbsxana dustaqlarını müharibəyə sövq edir, əvəzində isə…”-Politoloq

20 Sentyabr 2022 - 18:47
in DÜNYA

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirərkən dost adlandırdığı dövlətlərin təzyiqi ilə üzləşib”.

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:

“Putin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirdib. Onunla görüşən Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Çin lideri Si Sinpin və Hindistanın baş naziri Nerandra Modi təxminən eyni cümlələri işlədiblər: “Müharibəni bitirməyə ehtiyac var”. Putin vəziyyətin Rusiya üçün xoşagəlməz istiqamətdə gedişatını anlasa da, dayana bilmir.

Putinin davam etdirdiyi müharibəyə ölkə içində də narazılığın artdığı hiss olunur. “Müharibə nə zaman bitəcək” sualını verən Rusiya vətəndaşlarının sayının artmasına dair xəbərlər var. Həmin vətəndaşlar Rusiya Müdafiə Nazirliyinin müharibədə uğursuz nəticələr əldə etdiyi qənaətindədirlər, hər gün yüzlərlə hərbçi ölür. Rusiyanın itkiləri artır. Kreml sahibi bu itkilərin yerini doldurmaqda çətinlik çəkir. Putin səfərbərlik elan etməkdən çəkinir. Ancaq ölənlərin yerini doldurmaq lazımdır. İş o yerə çatıb ki, Rusiya həbsxanalarında cəzasını çəkənlərin müharibəyə cəlb olunduğuna dair internetdə görüntülər yayılıb. Putinin yaxın dostu və aşbazı Priqojin şəxsən həbsxanalara gedərək dustaqları müharibəyə sövq edir, əvəzində onlara amnistiya təklif edir. Əslində isə Proqjin onları ölümə göndərir.

Bu arada, Çeçenistanın rəhbəri Ramzan Kadırov ümumi səfərbərlik elan edilmədən Rusiya bölgələrinin müharibəyə gəncləri göndərməsinin lazım olduğunu bildirib. Rusiyanın ən azı 7 subyekti Kadıdorun çağırışına qoşularaq orduya minlərlə könüllü göndərdiklərini açıqlayıblar, yeni batalyonlar formalaşdırılıb.

Könüllülərin və məhkumların silahlandırılaraq müharibəyə göndərilməsinin Putin üçün böyük risqləri var. Əllərdə xeyli silah var. Rusiya Müdafiə Nazirliyi, Rosqvardiya, Kadırovun döyüşçüləri, Putinin dostu Priqojinin silahllandırdığı məhkumlar və Vaqner – bunların hamısı müharibədə iştirak edir. Müharibənin ssenarisi pozulduğu anda və uğursuzluqlar fonunda bu silahlar onları döyüşə göndərənlərə tərəf yönələ bilər. Rusiya çarı İkinci Nikolay ölkəsinin Birinci Dünya müharibəsində iştirakına razılaşanda uğur qazanacağını düşünürdü. Müharibənin yönü dəyişdikcə Rusiya ordusunda narazılıqlar artdı, qopmalar meydana gəldi, bolşeviklər fürsətdən istifadə edərək Nikolayı taxtdan endirdilər. Nəticə Rusiya üçün ağır oldu, imperiya dağıldı, imperator ailəsi ilə birgə qətlə yetirildi, vətəndaş müharibəsi alovlandı, aclıq, səfalət və milyonlarla insan ölümü qeydə alındı”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Nyu-Yorkda Şoltsla görüşdü

Next Post

Ermənistan səfirliyi önündə aksiya keçirildi – Foto

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Ermənistan səfirliyi önündə aksiya keçirildi – Foto

Ermənistan səfirliyi önündə aksiya keçirildi - Foto

Yeni qərar: Tamadalar, çalğıçılar, rəqqaslar…

Yeni qərar: Tamadalar, çalğıçılar, rəqqaslar…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.