"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Hər yerindən duran özünü yuyulmamış qaşıq kimi ortaya atıb xəyali “dövlət” qura bilməz”

21 Sentyabr 2022 - 16:34
in GÜNDƏM

“Dövlət yaratmaq, cümhuriyyət qurmaq bəyəm bu qədərmi asan işdir? 200-dən çox Azərbaycan ziyalısının bizim tarixi torpaqlarımızda (hazırkı Ermənistan Respublikasının ərazisində) “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması ilə bağlı bəyanat yayması və hətta Türkiyənin paytaxtı Ankara şəhərində bu “respublika”nın nümayəndəliyinin açılması, bayrağının təqdim edilməsi xəbərini eşidəndə ağlıma gələn ilk sual bu oldu. Bu nə təfəkkürdür? Bu cür zərərli ideyanı ortaya atanlar əcaba, nə yeyib-içirlər? Bunlar atdıqları addımın sonrakı nəticələrini yüz ölçüb bir biçiblərmi, mümkün fəsadlarını hesablayıblarmı?”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu sözləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov FB hesabında qeyd edib:

“Əslən Göyçədən, Zəngəzurdan, İrəvandan olan bəzi soydaşlarımız son dönəmlərdə bir-birinin ardınca kağız üzərində artıq 3 “respublika” yaradıblar. Biri öz “respublika”sının adını “Göyçə-Zəngəzur Cumhuriyyəti ” qoyub, digəri “İrəvan Türk Cümhuriyyəti” yaradıb. Daha öncə isə “Qərbi Azərbaycan Respublikası” elan edilmişdi. Bu gedişlə hələ başqa “cümhuriyyət”lər də ortaya çıxacaq. Bəs bu cür avantürist təşəbbüslər nədən irəli gəlir?
Məsələ burasındadır ki, bu cür qondarma “layihə”lərin dalınca düşənlərin bəzilərinin dövlətçilik anlayışı yoxdur, bəziləri tarixdən bixəbərdir, bəzilərinin xaraktercə avantürist olması onları bu cür qalmaqallı və ziyanlı addımlar atmağa təhrik edir, digərləri isə sadəcə müasir “xanlıq” eşqinə düşənlərdir. Onlar Bütöv Azərbaycan hədəfimizin işığına toplaşmaqdan və həmrəy olmaqdansa, onsuz da tarixən dəfələrlə bölünmüş məmləkətimizi indi bir daha yenidən parçalamağa xidmət edirlər.
Dayanın, bəylər! Öncə gedin heç olmasa, bir-iki tarix dərsliklərini oxuyun, bir əsr öncəki tariximizlə yaxından maraqlanın. Siz bilməlisiniz ki, hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yeganə hüquqi-siyasi varisidir. Bu isə o deməkdir ki, indiki dövlətimiz həm də keçmiş Cümhuriyyət ərazilərinin (o cümlədən Zəngəzurun) tarixi, hüquqi sahibidir. Vəssalam, burda başqa bir söhbət ola bilməz. Hər yerindən duran özünü yuyulmamış qaşıq kimi ortaya atıb xəyali “dövlət” qura bilməz.
Dövlət qurmaq çox ciddi məsələdir. Amma sizlər isə beynəlxalq hüquqa sığmayan bu cür yersiz, təməlsiz, köksüz təşəbbüslərinizlə hətta dövlət yaratmaq kimi taleyüklü bir məsələni də qeyri-ciddiləşdirirsiniz. Üstəlik də gənc nəslin təfəkkürünü yanlış tarixi “həqiqət”lərə doğru yönləndirirsiniz, insanlarımızda çaşqınlıq yaradırsınız. İndi hər fürsətdə və hər kürsüdən yalnız Bütöv Azərbaycan davasını aparmaq lazımdır.
Ziyanlı ideyalara rəvac vermək, düşmənin qondarma “Artsax” iddiasına “yaşıl işıq” yandırmaq, ona legitimlik donu qazandırmaq lazım deyil. Biz Azərbaycanın tarixi torpaqları sayılan hazırkı Ermənistan dövlətinə azərbaycanlıların qayıdışını təmin etmək, onların öz qədim yurdlarında yaşamaq hüquqlarının, milli-mədən və siyasi hüquqlarının bərpa edilməsini istəyiriksə bununçün daha səmərəli və adekvat yollar axtarıb tapmalıyıq. Biz ermənilərin tayı deyilik ki, onlar kimi qondarma “ideya”ların dalınca düşək, miflərlə yaşayaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kabildə oteldə partlayış: 3 ölü, 13 yaralı…

Next Post

Türkiyənin səhiyyə naziri Azərbaycana gəlir

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Türkiyənin səhiyyə naziri Azərbaycana gəlir

Türkiyənin səhiyyə naziri Azərbaycana gəlir

“Şəhid bacısı” adı ilə pul toplayan şəxs tutuldu

"Şəhid bacısı” adı ilə pul toplayan şəxs tutuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.