"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İranın molla rejiminin taxtı sallanır: Hicab hərəkatı nəyə hesablanıb?

21 Sentyabr 2022 - 20:41
in GÜNDƏM

“İran növbəti inqilab astanasındadır. Bir müddət öncə əxlaq polisi tərəfindən həbs edilən hüquq müdafiəçisi Məhsa Əminin sentyabrın 16-da müəmmalı ölümü sonrası İranda etiraz aksiyaları başlayıb. Bu gün isə aksiyalar başda Cənubi Azərbaycan olmaqla İranın bir sıra iri şəhərlərinə sirayət edib”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev FB hesabında qeyd edib:

“Məhsa Əmin və Hicab hərəkatı
Hazırkı etiraz aksiyalarını Hicab hərəkatı olaraq adlandıra bilərik. Belə ki, aksiyalarda iştirak edən qadınların hicablarını çıxarıb yerə atması və polisin gözü önündə baş örtülərini yandırması baş verən hadisələrə Hicab hərəkatı deməyə əsas verir.
Mövcud aksiyaların başlanmasındakı səbəbkar isə 22 yaşlı Məhsa Əminindir. Daha doğrusu onun İranın əxlaq polisi tərəfindən öncə həbs edilib daha sonra müəmmalı şəkildə ölməsidir.
İraq Kürdüstanından Tehrana qohumlarını ziyarət etmək üçün gələn Məhsa sentyabrın 13-də İranın əxlaq polisi tərəfindən saxlanılıb. Hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan Məhsa şahidlərin sosial şəbəkələrdə verdiyi məlumata görə, şiddətli döyülüb.
Tehran polisinin 22 yaşlı fəalın qəfil şəkildə ürək tutmasından həyatını itirdiyini desə də aydın məsələdir ki, onun ölümü birbaşa rejimin istəyi ilə məqsədyönlü şəkildə baş verib. Bunu təsdiq edən digər bir fakt da hadisə sonrası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kürdüstandakı komandiri Məhsanın ailəsinə baş çəkməsidir.
Məhsa Əminin qətli etiraz aksiyaları üçün bəhanə oldu
Etiraz aksiyalarının başlanması əslində gözlənilən idi. Məsələ ondadır ki, Qərbin və ABŞ-ın İrana iqtisadi sanksiyaları fonunda İran vətəndaşlarının sosial iqtisadi vəziyyəti kifayət qədər çətinləşib. Hesab edirəm etirazların qısa zamanda bu qədər geniş şəkildə yayılmasının əsas səbəbi də məhz budur. Məhsa Əminin qətli isə sadəcə bu etirazların əyani surətdə üzə çıxması üçün bəhanə təşkil etdi.
Diqqət yetirdikdə açıq şəkildə görmək olur ki, etirazları idarə edən vahid lider yoxdur. Digər tərəfdən fərqli yerlərdə etirazların motivi də dəyişir. Misal üçün Cənubi Azərbaycanda etirazçılar istiqlaliyyət şüarları səsləndirir.
Mövcud etiraz aksiyaları İranın ali dini lideri S. Ə. Xameneinin xəstə olduğu və səhhətinin getdikcə pisləşdiyi dövrə də təsadüf etməsi diqqət çəkir. Bu mənada deyə bilərik ki, əslində etiraz aksiyaları həm də ali dini liderin ölümü ilə paralel İranda siyasi sistemin dəyişməsi üçün də ilkin hazırlıq və ya cəmiyyətin nəbzinin yoxlanılmasıdır. Bunu şah dövrünün sonları ilə müqayisə etmək olar.
Hicab hərəkatı inqilab kontekstinə keçə biləcək?
Məsələ ondadır ki, Qərb və ABŞ hər nə qədər İrana qarşı iqtisadi sanksiyalar tətbiq etsə də İranda rejimin dəyişməsi arzuolunan ssenari deyil. Prinsip etibarilə mövcud rejimdə məhz ABŞ siyasi mətbəxinin məhsuludur.
Əslində İranda mövcud iqtidara qarşı son illərdə bənzər etiraz aksiyaları çox olub. Əksər aksiyalarda ABŞ-İran gərginliyi fonunda təzahür edib. Lakin heç vaxt inqilab kontekstinə keçməyib.
Qərb İranda teokratik rejimi kimin əvəzləməsi mövzusunda fikir ayrılığı yaşayır. Digər tərəfdən, türk elitasının yenidən İranda hakimiyyəti ələ almaq ehtimalları da böyükdür.
Əslində bu ehtimallar onu deməyə əsas verir ki, İranda türk elitasının hakimiyyətə gəlməsi üçün bu ölkənin yaxın zamanda parçalanması mümkündür. Türklərin öz dövləti olarsa İranda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Qərbin təsir imkanları hər zaman olacaq.
O ki qaldı hazırkı aksiyaların miqyasının böyüyüb inqilab kontekstinə keçməsinə deyə bilərəm ki, bu Cənubi Azərbaycanın aksiyalara verdiyi dəstəkdən asılı olacaq. Cənubi Azərbaycan ayağa qalxmadan İranda heç bir hərəkat, heç bir etiraz inqilab sferasına keçə və qələbə qazana bilməz”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Putinin qismən səfərbərlik elanı NATO-ya müharibə elan etməkdir”

Next Post

Bayden BMT-nin təkmilləşdirilməsinə çağırış edib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Bayden BMT-nin təkmilləşdirilməsinə çağırış edib

Bayden BMT-nin təkmilləşdirilməsinə çağırış edib

İranı ən həssas yerindən vururlar…

İranı ən həssas yerindən vururlar...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.