"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Şimalda rifah dolu ədalətli Dövlət qurmalıyıq”-ŞƏRH

21 Sentyabr 2022 - 22:31
in GÜNDƏM

“İranda son illər tez-tez etirazlar baş verir, istənilən ictimai rezonanslı hadisə kütləvi etirazlara səbəb olur – bu isə o deməkdir ki, əhalinin böyük bir hissəsi indiki idarəetmə sistemindən narazıdır, cəmiyyət dəyişikliklər istəyir, pozitiv dəyişikliklərə cəmiyyət “hamilədir” “.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az bildirir ki, bu barədə ReAL partiyasının sədr müavini Natiq Cəfərli FB hesabında bildirib:

“İranda 1979-cu ildən sonra qurulan rejiminin ən böyük səhvi odur ki, nəsil dəyişiklərini hesablaya bilmədilər, düşünürdülər ki, Şah dövrünün “davranış azadlıqlarını” xatırlayan nəsil təbii olaraq həyatdan getdikcə, rejimin teokratik ideolojiya ilə yetişdirdiyi nəsillər artıq başqa cür yaşamağa, “oyun qaydaları” ilə barışmağa məcbur qalacaqlar,

İranda əhalinin yaş tərkibi belədir: 0-15 yaş arası vətəndaşlar əhalinin 25,1%-ni təşkil edir – bu dünyada ən yaxşı göstəricilərindən biridir, hər 4 nəfərən biri 0-15 yaş arası o deməkdir ki, yeni nəslin dəyişiklik basqısı daim artacaq. 18-45 yaş arası (yəni, 1979-dan sonra formalaşan insanlar) vətəndaşlar isə əhalinin 45%-dən çoxunu təşkil edir (0-40 yaş arası vətəndaşların 70%-dən çoxunu təşkil edir). Bu nəsillər dəyişiklik istəyirlər, çünki, İrandan hər il 8-10 mln. insan xaricə səfər edir, oradakı vəziyyəti görür, çünki İnternet var, bu nəsillər artıq İnternet nəslidir. Bundan başqa son 40 ildə 1,2 mln. iranlı xaricdə təhsil alıb ölkələrinə dönüblər, dönməyənlər isə xaricdə yaşayaraq ölkədə yaşayan öz yaxın çevrəsinə təsir edirlər – Teokratik sistem bunları hesablaya bilmədi deyə indi İranda ciddi narazılıq potensialı yaranıb.
İndi gələk İranda baş verən hadisələrə bizim cəmiyyətin reaksiyasına:

Hər dəfə orada ideoloji, və ya sosial etirazlar olan kimi, burada bəzi çevrələr bunu həmən etnik müstəviyə çəkməyə, İranda uzun illərdir doğrudan da hüquqları təmin edilməyən türklərin müstəqillik mücadiləsi kimi təqdim etməyə çalışırlar. Çox yanlış yanaşmadır – sosial, ideoloji etirazlar, sistemə qarşı mücadilə etnik zəminə çəkilən kimi bu teokratik sistemin əlinə oynayır, həmən təbliğat maşını işə düşür ki, görürsünüzmü, ölkəni parçalamağa, torpaqlarını əlindən almağa çalışırlar. Bu isə digər böyük etnik qrupları, əsasən də farsları mücadilədən soyudur. Bu praktikaya son qoyulmalıdır, Cənubda yaşayan qardaşlarımızın, türklərin problemlərini həll etmək üçün ilk növbədə teokratik sistemdən demokratik sistemə keçidin təşviq edilməsi lazımdır,

Daha bir səhvimiz odur ki, orada soydaşlarımız etiraz edən kimi həmən bunu Şimalla birləşmək fürsəti və istəyi kimi təqdim etməyə çalışırıq, illyuziyalara qapılırıq, anlamırıq ki, orada yaşayan soydaşlarımız böyük əksəriyyəti İranı elə öz dövləti, tarixən türklər tərəfindən idarə edilən dövlət kimi qavrayırlar, kim sizə dedi ki, onlar Şimalla birləşmək arzusundadılar?! Əvvəla, bunun üçün Cənubda istənilən formada (avtonomiya da bura daxil) öz institutları yaranmalıdır, etirazların etnik müstəviyə çıkilməsi əslində ölkənin sitemini pərçimlədir, tam tərsi, ölkədaxili vətəndaş qarşudurmalarını artlran faktora çevrilməsi təhlükəsini yaradır,

Daha bir incə məsələ: Biz Şimalda rifah dolu ədalətli Dövlət qurmalıyıq, əsas hədəfimiz bu olmalıdır, bununla paralel olaraq dünyada baş verən köklü tiktonik siyasi dəyişikliklər nəticəsində Cənubda hansısa dövlət institutları formalaşacaqsa, lap yaxşı, olsun. Bəlkə elə birləşməkdənsə bölgədə daha bir Türk Respublikasının yaranması daha yaxşıdır?!
Dünya yaxın onilliklərdə ciddi dəyişikliklərə hamilədir, siyasi “zəlzələlər” yeni dövlətlər yaradacaq, İmperiyalar dağılacaq, amma bu “zəlzələdən” sağçıxma strategiyamız da olmalıdır. Əsas hədəfimiz Azərbaycanın müstəqilliyini qorumaq, ədalətli rifah dövlətinin yaranmasına nail olmaqdır – biz öz vəzifəmizi yerinə yetirək, Cənublu qardaşlarımız özləri doğru olan yolu tapacaqlar. Əsas odur ki, bu yolda mayak, örnək ola biləcək Şimalda yerləşən Azərbaycan adlı Dövlət var olsun!”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

XİN başçıları Ukraynaya görə təcili toplaşır

Next Post

Rusiyada səfərbərliyə qarşı etiraz – Yüzlərlə şəxs saxlanıldı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rusiyada səfərbərliyə qarşı etiraz – Yüzlərlə şəxs saxlanıldı

Rusiyada səfərbərliyə qarşı etiraz - Yüzlərlə şəxs saxlanıldı

İran: sonun başlanğıcı…

İran: sonun başlanğıcı...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.