"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Baydenin ermənilərə “Dağlıq Qarabağ xalqı” yazmasını şiddətlə qınayırıq!”-Niyaməddin Orduxanlı

22 Sentyabr 2022 - 22:11
in Cebhe-banner, MANŞET

ABŞ prezidenti Cozef Bayden Ermənistanın müstəqillik günü münasibətilə baş nazir Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədib. Bayden qeyd edib: “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Baydenin bu ifadəsi təbii olaraq, ölkəmizin ictimai-siyasi mühitində birmənalı qarşılanmadı. Məlumdur ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi 44 günlük müharibədən sonrakı gündəliyə uyğun deyil. Maraqlıdır, ABŞ prezidentinin bu ifadəsi nəyə hesablanıb?

Sualımızı cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı Elchi.az-a açıqlamasında bildirib ki, ABŞ dünyanın böyük və güclü dövləti olsa da, cılız addımlar atır.

Politoloqun sözlərinə görə, Azərbaycan dövləti Amerika kimi güclü dövlətlərdən daha ədalətli və beynəlxalq hüquqa söykənən yanaşma sərgiləməsini gözləyir:

“Lakin onlar belə addımları ilə həddindən artıq cılız olduqlarını açıq-aydın şəkildən ortaya qoyurlar. Baydenin təbrik məktubundan qabaq isə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərində buna şahid olduq. Bir sözlə, ABŞ bir daha sübut etdi ki, əslində haqq və ədalətin yanında deyil. Özlərinin beynəlxalq qurumu olan BMT-nin qəbul etdiyi qərarlar var, 1991-ci ildə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul edilib. Buna həm Amerika, həm də digər dünya ölkələri səs verib. Eyni zamanda 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib və Amerika da bu qətnaməyə səs verən ölkələrdəndir. Amerika BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Ermənistanın təcavüzkar olduğuna, Qarabağ ərazisindən şərtsiz çıxmasına dair səs vermişdi. Bu gün isə Amerikanın həm dövlət səviyyəsində rəsmi formada, həm də qeyri-rəsmi formada ermənilərə açıq-aşkar dəstək olduqlarını görürük. Bir sözlə, heç bir hüquq tanımayaraq ermənipərəst mövqe sərgiləyirlər. Bütün bunlar isə qəbuledilməz faktlardır. Bu gün Amerika Ukrayna məsələsində Rusiyanı təcavüzkar bir dövlət kimi qəbul edir və Rusiyaya sanksiyalar tətbiq edir. Ancaq Ermənistan eynilə bu formada Azərbaycan ərazisini işğal etsə də, onları təcavüzkar və separatçı kimi görmürlər, hansısa sanksiya tətbiq etmirlər. Yəni ki, Ukrayndakı proseslər eynilə Azərbaycanın ərazisi olan Qarabağda baş verib. ABŞ həmçinin Moldovada baş verən Dnestryanı proseslərə, Gürcüstanın Abxaziya bölgəsində baş verənlərə də fərqli mövqe sərgiləyir, lakin Qarabağdakı erməni separatçılarına dəstək nümayiş etdirirlər. Sadəcə Ukrayna məsələsində Rusiyanı təcavüzkar adlandırırlar. Bu da ABŞ-ın qərəzli mövqeyini bir daha ortaya qoyur. Amerika kimi dövlət bu prinsiplərdən kənarda durmalı və özünü həqiqətən də güclü və böyük dövlət kimi aparmalı idi, məsələlərə cılız hislərlə yanaşmalı deyildi…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Kanadaya sanksiya tətbiq etdi

Next Post

Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi

Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi

KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.