Səfər proqramı SANU prezidenti ilə keçirilən təkbətək görüşlə başlayıb. Görüş zamanı Azərbaycanla Serbiya arasında münasibətlərin qısa zaman ərzində strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilib. Səmimi və konstruktiv zəmində keçən görüşdə iki ölkənin müvafiq elmi-tədqiqat institutları arasında əməkdaşlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilib.
Elchi.az




