Rusiya nüvə silahından istifadə edərsə, bunun dəhşətli nəticələri olacaq.
Elchi.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.
“Onlar bilirlər ki, bunun ağır nəticələri olacaq. Necə reaksiya verəcəyimizi deməyəcəm. Bu, onların hansı kütləvi qırğın silahlarından istifadə edə biləcəyindən asılıdır. Biz bu mesajları göndəririk və açıq şəkildə bildiririk ki, belə hadisələrin inkişafı mümkünsüz olsun”, – baş katib deyib.
Eyni zamanda o qeyd edib ki, nüvə silahından istifadə ehtimalı azdır, lakin potensial nəticələr o qədər böyükdür ki, bu səbəbdən buna ciddi yanaşılmalıdır.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...




