“Amerika prezidenti Co Bayden məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədib. Savaş qaçılmaz hal almağa başlayır”.
Elchi.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Rusif Məmmədsoy FB hesabında bildirib:
“Ermənilər bundan daha da orqazm olaraq, ümidli şəkildə yenə də yekun sənədə imza atmaqdan yayınacaq, Laçın, Kəlbəcər istiqamətində təxribatlar edəcək, nəticədə isə Azərbaycan qarşılıq verəcək. Yenə ayağa qalxacaqlar ki, “Azərbaycan təcavüz” edir. Qoy etsinlər, özləri bilər. Məncə indiki mərhələdə xüsusilə Xankəndi və digər nəzarətimizdən kənar olan ərazilərə getməklə bağlı düşünməliyik. O separatçıları yerindəcə məhv edib, bu xülyadan oyatmalıyıq. Yoxsa Demokratlar əvəzinə prezident səlahiyyətlərini icra edən erməni lobbisi daha çox “ümid” verəcək bu köpəklərə…”.
Şayəstə




