"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Jurnalistlərin Qurultayına məktub əvəzi

23 Sentyabr 2022 - 21:44
in GÜNDƏM

“Bildiyiniz kimi, mənim bu ölkədə bu xalqdan, bu dövlətdən tək istəyim o ki, təki vətənin yeli qapımda əssin, mənə “sağ ol” da bəs edir!
Sentybarın 11-i Amerikada 2001-ci ildən, bizdə isə 2022-ci ildən “əkizlərin məhvi” sayılır!
Nə qədər olmasa da, həm Əvəz Zeynallı, həm də Elçin Sadıqov üzərlərində o qədər də “rüsvayçı qələbə”ni haqq etmirlər – baxmayaraq ki, şanlı Baş prokurorluq “do diba” nuş etmək istəyir “qələbə badəsi”ni: əlahəzrət faktları sıraya düzüblər, heç “mıqq” da eləmək olmur! (istərdim ki, qurultay nümayəndələri bu fakta “mooqe”lərini bildirsinlər)
Bunlar öz yerində!
Həyat davam edir və biz bu həyatı ya yola verəcəyik, ya yola gedəcəyik, ya da “necə yaşamalı” variantını tapmayıb “yaşamaq olmur” deyib ömrümüzü sonlandıracağıq!”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu fikirləri jurnalist Aydın Canıyev Feysbuk hesabında qeyd edib:

“İstənilən halda, biz insan olaraq da… bütün sahələr üzrə, dövlət olaraq da bütün parametrlər üzrə taleyi öz əlində olmayan dünya subyektləri ilə bir sıradayıq!
Taleyi həll edənlərdən olmaq şərəfinə yüksəlmək üçün çox şərtlər var: Azərbaycanın heç bir potensialı, resursu buna imkan vermir!
Bizim işimiz-gücümüz ona qalıb ki, epizodlar üzrə sevinək, fərəhlənək, qürurlanaq və bunu bizə bəxş edənlərə minnətdar olaq!
Bax, axşam Azərbycanın futbol üzrə millisi bizi sevindirdiyi kimi və biz millimizə təşəkkür etdiyimiz kimi! – biz nə Avropa çempionu olasıyıq, nə dünya, amma çox şey istəmirik ki?! Deyirik arada əlinizə qaz düşəndə yolun, biz də bir atımlıq barıtımızı partladaq, havamızı ataq!
Bax, 44 günlük savaşda və 12-13 sentyabrda olduğu kimi, Ordumuzun, ABK-mızın Zəfər tvitlərini görək, qaza gələk – demirik ki, Rusiyanı parçala, ABŞ-ı çökdür, Çini diz üstə gətir, İranı dəryaya qərq et! Yəni, arada heç olmasa, elə olsun ki, biz də erməninin anasını ağlar qoyaq!
Bax, Lütfi Zadə, Rafiq Əliyev, Kərim Kərimov kimi oğullar olsun 30 ildən bir, 50 ildən bir, deyə bilək ki, bizim həm də başımız işləyir – vuran ayağımız var, əzən yumruğumuz var, üstəlik də işləyən başımız da var!
Olsun da olsun! Arada sevinmək üçün!
Adam gərək parametrlərinə görə istəsin, anladığımız… yorğana görə ayaq uzatmaq məsəli!
Götürəsən deyəsən ki, birdən-birə dünyanın hərbi-sənaye kompleksinin möhtəşəmliyinə, iqtisadi-siyasi qüdrətə, idman xarüqələrinə sahib olaq, mümkün deyil: maşının sürət qutusunda 4-cü bölümə keçirəndə, ölkə ərazisindən çıxırıq e (Seymur Baycan deyib və düz deyib).
ƏLQƏRƏZ:
Sabahdır, deyəsən, jurnalistlərin Mətbuat Şurası İdarə Heyətinə seçki! Səsvermə ilə olacaq.
İLK OLARAQ
deyim ki, mən Mətbuat Şurasının özünün varlığına səs verirəm – hərçənd var olduğu bu 20 ildə mitinqlərdə iştirak etmək üçün bir ədəd “JJ” – “jurnalist jileti”, üstündə “Pressa” yazılmışını geyinib küçəyə çıxmamışam, mitinqə, tədbirə qatılmamışam, “Ağa Nəzərəm, belə gəzərəm” ədasında olmasam da, “müstəqil jurnalist” modunu sərgiləmişəm. Elə bir işim-zadım da düşməyib – adımı nə qara siyahılarına salıblar, nə də ağ, günləri və aqibəti ağ olsun həmkar(t)ların!
AMMA VƏ LAKİN… TƏŞƏKKÜR
edirəm: ən azından ona görə ki, 20 ildə 5 narazı həmkar gördümsə (elə o beş narazı həmkarın dördündən bütün ölkə narazı olub), yüzlərlə jurnalist diplomlusu, vəsiqəlisi, ölkəyə olmasa da, evdəki balalarına gün gördülər!
Ev alan da oldu, maşın alan da, ad, təltif, titul, vəzifə və s və s.
Axır ki onlar da bu vətənin vətəndaşlarıdır – özləri bilər, allahları bilər! Vicdan prizmasından deyirəm! Kim nə qədər haqq edib, o qədər halal xoşu olsun!
Mətbuat Şurasının hər bir üzvünün hər zaman kiməsə yardımçı olduğuna şahidəm – məhz Mətbuat Şurası var olduğu üçün neçə-neçə həmkarımız həbsdən xilas olub, neçəsi imza yiyəsi, mətbu nəşr ünvanı olub!
Heç kim süddən çıxmış ağ qaşıq deyil, jurnalist, mətbuat adından danışanların hamısını tanıyırıq da, potensialına da bələdik!
FƏQƏT
MƏTBUAT ŞURASI JURNALİST KONTİNGENTİNİ yarada bildi və əhatə dairəsini genişləndirdi – o ayrı söhbətdir ki, bir ordu qədər bu kontingenti xalq yönləndirə bilmədi! Elə hər şeyi dövlət və Mətbuat Şurası etməli deyildi, xalq da oxucu timsalında ağzını qantarğalamalıydı!
“Yaşasın, Mətbuat Şurası!” deyirəm – 20 illik fəaliyyəti qarşılığında! Neqativləri uzağı bir-iki olar, mövcudluğunun pozitivliyi yüzlərlə!
Sabah birbəbir seçəcəklər İdarə Heyətinə… bizim adımızdan danışmağa! İndiyə qədər bizim adımızdan danışanların heç birinə etiraz etməmişəm, sayğım da olub, təmənna ilə də heç birinə ağız açmamışam – ötəri, epizodik anlaşılmazlıqdan başqa, onu da özümə görə yox, özlərinə görə!
İndiyə qədər olan, indidən sonra seçiləcək, lap təyin olunacaq imzaları da alqışlayıram – heç bir iradım yoxdur!
İnsanların ağlına gəlsə, bacarsalar, yolun tapsalar, görərlər ki, Günəş planetinə uçmaq da olar, hətta eniş də etmək olar – biz, sadəcə, Yer kürəsi tərəfindən tədqiqatlarımıza görə fikir yürüdürük! Halbuki Günəş planetində istilik 12-18 dərəcədir!
Bu faktı məhz ona görə nəzərə çatdırdım ki, Mətbuat Şurasına biz “öz tərəfimiz”dən baxdıq – dəyərimiz ona görə nəinki yarımçıqdır, hətta yarıtmazdır: Qənimət Zahidin dalınca səhrada azıb qalan it də düşməz, amma özlərinə “imza” deyənlər ona qoşulub alternativ yaratmaq adıyla iddialar sərgilədilər!
Bunu da onçun deyirəm ki, artıq Əflatun Amaşov bir daha və yenidən namizədliyini də irəli sürməz, seçilməz də! “Hodri meydan!” (Rauf Arifoğlu demişkən) – bu qurultay, bu nümayəndələr, buyurun, seçin! İndi ki, Əli Həsənov yoxdur!
Kimi seçəcəklərsə, kim olacaqsa, kim məsləhətdirsə, çalışın, qarşılıqlı anlayış göstərin, yola getməyi, yola verməyi, necə işləməyi bacarın – ağıllı adam başa düşər ki, adam hələ bu gün seçilib və 10 il yerində olacaq!
On il adama hürməkdənsə, on ildə ortaq məxrəcə gəlib Azərbaycan mətbuat orbitini abıra salmaq barədə yol tapmaq lazımdır!
Əgər bu Mətbuat Şurasını özümüzün hesab ediriksə, yox, özümüzün hesab etmiriksə, onda özümüzün olmayanı ittiham etməyə nədən iddialıyıq?
Özünün olanı 20 ilə yarada bilmədinsə, yenə də gəlib doğanaqdan keçmək üçün bəyannamə imzaladınsa, ya üz, ya düz!
Mən… Mətbuat Şurasının növbəti qurultayını salamlayıram, iştirakçılarına uğurlar arzulayıram, vətənə, millətə, dövlətə və ilk növbədə, mətbuata xeyirli olsun deyirəm, – Lənkəran rayonunun Kərgəlan kəndindən!
Əgər kimsə də hesab edirsə ki, mənim də yerim var İdarə Heyətində və ya ümumilikdə Mətbuat Şurasında təmsil olunmağa, onda Salam Sarvanın bir misrası ilə deyim:
Durdum bütün yerlərimdən, əyləşin, xanım…
Daha bacarıqlısını, daha ləyaqətlisini, daha sanballısını seçin… mənim əvəzimə! Mən “bəli” deyəcəm!
ÇÜNKİ
Mətbuat Şurası vacib təsisatdır, effektiv işləri, layihələri həyata keçirib, faydası daha çoxdur, nəinki təbliğ olunan neqativlikləri!
Biz anlamalıyıq ki, Mətbuata hamilik, qəyyumluq edə bilən təşkilatlarımız daha çox olmalıdır və olanları da qorumalıyıq – şəxsi iddia və təkəbbürlər post uğrunda başlanılıb bitirilməlidir, postda savaş açmazlar!
Əl-ələ verib daha bir addım irəliyə atlanmaq lazımdır, daha uzanan əli geri çevirməklə fəxr etmək yox! Necə deyərlər, davamız davadır, amma bu şələni dağın başına qaldırmalıyıq!
Biz hər yerdə durumumuzun Ermənistanla savaşda olduğu kimi eyniyyət təşkil etdiyini anlamalıyıq! Necə ki düşmənə qarşı savaşda bir oluruq, eləcə də hər bir sahədə bir addım irəli atmaq üçün savaşda bir olmalıyıq!
O Mətbuat Şurası mənə heç vaxt lazım olmayıb, amma mən onun Azərbaycana lazım olduğunu dərk edib, dəstəkləmişəm!
Bu Mətbuat Şurası da mənə lazım olmayacaq, amma düşmən və yabançı mətbuatla üz-üzə qalanda, bizi yox, Mətbuat Şurasını soracaqlar – “böyüyüynüz (yəni: təmsilçiniz) gəlsin!”
Günəşə eniş etmək üçün… koordinatları düz seçməli!
YAZIYA SÖZARDI:
Mətbuat Şurasının sədri Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru təyin edilib Prezidentin sərəncamı ilə!
Təbriklər
Əflatun Amaşovu tənqid də etmişəm, haqq etdiyində təqdir də etmişəm. Dünən, srağagün, bu gün bir xeyli bədxahın imzasıyla ağlına və ağzına gələni yazanları da gördüm!
Dəfələrlə yazmışam, bu məqamda bir daha xatırlatmağa məcburam: elementar təbrik mədəniyyəti (ad günü, ali məktəbə qəbul, yubiley, vəzifə təyinatları və s. bu tipli etik kodeks punktları üzrə) olmayanların hər hansı bir sahə, eləcə də ölkə adından danışmağa mənəvi haqqı yoxdur!
Adam bircə onu bilir ki, Əflatun Amaşov MDU-nun jurnalistika fakültəsini bitirib və ironiya edir: bir dənə rusca yazısı yoxdur!
Adammm, Əflatun Amaşov sən kənddə aşırma şalvarda burnunun fırtığını ağzına alıb udanda, 80-ci illərin sonunda “Azərinform”da işləyirdi və mən Aydın Canıyev hər gün onun onlarca yazısını teletayp lentindən götürüb daşıyırdım indi baş redaktor təyin edildiyi “Xalq qəzeti”nin (“Kommunist” idi onda) katibliyinə!
İttiham, ya ironiya edəndə nəzərə alın ki, hal şahidləri hələ tamam ölüb bitməyib!
Hə-ə, o ayrı söhbətdir ki, adamların öz fikri var, bəyənməyə bilər! Demokratiyadır! BƏLİ, DEMOKRATİYADA fikir adamlarının fikri önəmlidir, day şəxsi qərəz, fərdi düşmənçilik, qrup və partiya, klan və tayfa prinsipləri üstündə deyilənlər fikir sayılmaz ki!
Bugünəcən ictimai təşkilat sədri olan Əflatun Amaşovu qılınclayanlar ayrı bir dövlət resursunda mətbuatın bərbadlaşması üçün əlindən gələni və gəlməyəni edənə bəh-bəhlə mədhnamə yağdırırlar – nədir, nədir, dövlətin inkişaf üçün ayırdığının 3 minini tulapayı kimi ayırıb ona! Bu prinsipsizlik o qədər aydın sezilir ki!!!
SON:
Mətbuat Şurasına uğurlar və seçiləcək yeni sədrə də, getmiş köhnə sədrə də yeni təyinatla bağlı təbriklər!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya müdafiə xərclərini artırır

Next Post

XİN: ABŞ səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
XİN: ABŞ səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq

XİN: ABŞ səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq

Tədris hansı dildə olmalıdır?

Tədris hansı dildə olmalıdır?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.