İraq hakimiyyəti “İslam dövləti”nin lideri Əbu Bəkr Ə-Bağdadinin arvadının Livan hərbçiləri tərəfindən saxlanılması xəbərini inkar edib.Avropa.info xəbər verir ki, bu haqda Livanın “Daily Star” qəzeti yazıb.
İraq XİN nümayəndəsi bildirib ki, İraqda saxlanılan qadın Sədca Əbdül Həmid Dulaimi adlı şəxsdir. Bağdadinin bu adda arvadının olmadığı deyilir.
Livan sərhədini keçən qadın saxta pasportdan istifadə edib. Onu oğlu ilə bərabər sorğuya aparıblar.



