"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu süjetə görə Xəzər TV-yə xəbərdarlıq edildi

26 Sentyabr 2022 - 16:46
in CƏMİYYƏT

Audiovizual Şurası Xəzər TV-yə xəbərdarlıq edib.
Bu barədə Elchi.az-a Şuradan məlumata verilib.
Qeyd olunub ki, Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
İclasda ümumölkə yerüstü televiziya yayımçısı olan Xəzər TV MMC-nin Xəzər TV redaksiyasının (kanalının) efirində 22.09.2022-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.12-ci maddəsinin tələbinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir) pozulması faktı müzakirə olunub.
Belə ki, Xəzər TV televiziya redaksiyasının “Xəbər ertəsi” proqramında 22 sentyabr 2022-ci il tarixdə saat 09.14 – 09.22 arası Binə qəsəbəsində yaşayan bir ailənin evində baş verməsi iddia olunan paranormal hadisələrlə bağlı süjet yayımlanıb.
Bu xəbərin yayımlanması zamanı redaksiyanın müxbiri aşağıdakı fikirləri səsləndirib:
“Qəribə varlıqlar əşyaların yerini dəyişir, evi daşlayır, qabları sındırır, qorxulu səslər çıxarır…biz də 10-15 dəqiqədir ki, artıq evin içindəyik və bir neçə hadisəni görürük. Bizim burada olduğumuz müddətdə qənd, daş və digər cisimlər atıldı. İndicə elə telefonu bura atdılar”.
Daha sonra süjetdə “Mən sizə əzab çəkdirəcəm. Ən sonda ehtiyacım olanı alıb gedəcəm” yazısı olan kağız nümayiş etdirilib ki, müxbir ev yiyəsinin bu yazının hansısa varlıqlar tərəfindən yazıldığını iddia etdiyini deyib.
Bundan başqa süjetdə ezoterik, ekstrasens kimi təqdim edilən Zirəddin Rzayev adlı şəxsin fikirlərinə də yer verilib:
“Bu kimi hallar tez-tez baş verir. Tarixdə görünən hallardır. Bəzən paralel aləmdən insanların beyinlərinə təsir edərək, doğmalarına, adamlara xəsarət yetirirlər, paltarlarını kəsirlər…bu cür halların qarşısının alınması insanların dini inanclarına bağlıdır”.
Efirdə bu cür reportajların yayımlanması ilə yanaşı həmin reportajda baş verməsi iddia olunan paranormal hadisəyə redaksiyanın (hazırki halda müxbirin) faktı doğrulayan, təsdiq edən münasibəti, eyni zamanda özünü ekstrasens kimi təqdim edən şəxsin fikirlərinə yer verilməsi yayımçı tərəfindən parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə imkan yaradılması hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü televiziya yayımçısı olan Xəzər TV MMC-yə (“Xəzər TV” televiziya redaksiyası) belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Koronaya yoluxanların sayı kəskin azaldı

Next Post

Azərbaycan və Rusiya arasında yeni komissiya yaradılır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycan və Rusiya arasında yeni komissiya yaradılır

Azərbaycan və Rusiya arasında yeni komissiya yaradılır

ABŞ Ukraynaya yeni yardım paketini açıqladı

ABŞ Ukraynaya yeni yardım paketini açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.