"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İtaliyada yeni sağçı hökumətin xarici siyasəti necə olacaq?

26 Sentyabr 2022 - 17:30
in SİYASƏT

“Fundamental dəyişiklik gözləmək üçün hər hansı əsas yoxdur.
Baş nazir vəzifəsini tutacaq “İtaliya qardaşları” (Fratelli d’Italia – dövlət himninin ilk sətiri) Partiyasının lideri, xanım Giorgia Meloninin Fransa radikal sağının lideri Marin Le Pen və Macarıstanın ifrat sağçı avtokratı Viktor Orbanla eyniləşdirilməsi qüsurludur. Onları konservativ dünyagörüş birləşdirsə də, Meloninin xarici siyasət vizyonu tamam fərqlidir. O, Le Pen və Orbandan fərqli olaraq, atlantikçidir və Brüssel bürokratiyasını tənqid etsə də, Avropa Birliyi layihəsinin, avrozonanın tərəfdarıdır”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli FB hesabında bildirib:

“Meloni, Salvini və Berluskoni arasında razılaşdırılmış seçkiqabağı manifestdə İtaliyanın Atlantik ittifaqın tərkib hissəsi olaraq öz öhdəliklərinə, eləcə də Avropa inteqrasiyasına tam bağlı qalacağı vurğulanıb. Bu səbəbdən yeni hökuməti avroskeptik olaraq dəyərləndirmək yanlış olar.
Ümumi Daxili Məhsulunun 150%-i həcmində borcu olan İtaliya AB-nin dəstəyinə ciddi ehtiyac duyur. Təkcə onu qeyd etmək kifayətdir ki, AB postcovid dövrü üçün İtaliyaya 200 milyard avro yardım ayırıb. Hansı hökumət bu cür səxavətli mənbədən özünü məhrum edər?
Meloni müxalifətdə olarkən Ukrayna müharibəsi ilə bağlı Mario Dragi hökumətinin və ümumilikdə Qərbin siyasətini müdafiə edib. “İtaliya qardaşları” parlamentdə keçirilən səsvermədə Ukraynaya silah verilməsinə tərəfdar çıxıb. Bu partiyadan olan senator Adolfo Ursi Ukraynaya səfər edərək dəstək ifadə edib.
“Mən sanksiyalarla bağlı müxtəlif fikirləri anlayıram, lakin məsələ daha mürəkkəbdir. Hesab edirəm ki, İtaliya Ukraynanı dəstəkləməyə davam etməlidir. Müharibə aysberqin görünən tərəfidir, bu savaş dünya düzəninin yenidən təşkili uğrundadır. Ukraynaya dəstək Avropanın təhlükəsizliyinin tərkib hissəsidir. Əgər Ukrayna uduzsa, bunun bədəlini ən çox avropalılar ödəyəcək və Çin udacaq. Biz bu halda Çin təsir sferasına düşmüş olacağıq, mən isə orada olmaq istəmirəm…”
Meloninin yuxarıdakı fikirləri onun hansı zehniyyətin daşıyıcısı oduğunu anlamaq baxımından yəqin ki, yetərlidir.
Koalisiyanın digər üzvləri – “Liqa” və “İrəli, İtaliya!” partiyalarının aldığı səs miqdarı onların yeni hökumətdə şərt diktə edən tərəf olmasını çətinləşdirəcək və əsas söz sahibi böyük ortaq olacaq. Matteo Salvini və qoca mafioz Silvio Berluskoni rusiyayönümlü kimi tanınmalarına baxmayaraq, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni onlar da tənqid edir.
“İtaliya qardaşları”nın uğurunun səbəblərinə gəldikdə isə burada qeyri-adi bir məsələ yoxdur. Covid sonrası sosial-iqtisadi çətinliklər, yüksələn inflyasiya və miqrant problemi Avropada sağ partiyalara meyli artırır”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Latviya ilə bu sazişə xitam verdi

Next Post

Temperatur tədricən yüksələcək

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Avqustun havası: 43 dərəcə isti…

Temperatur tədricən yüksələcək

“İranın yeni hakimiyyətinin özünə kimləri hədəf seçəcəyinin əsası qoyulur…”-Politoloq

"İranın yeni hakimiyyətinin özünə kimləri hədəf seçəcəyinin əsası qoyulur..."-Politoloq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.