“Ermənistanın məqsədi münaqişəni uzadıb uzun illər danışıqlar adı altında vaxt qazanmaqdır. Necə biz, 30 il səbr edib, vaxt gözlədik, eləcə də erməni vaxt gözləməyi seçmək istəyir”.
Bu barədə Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib:
“Məğlub olmasına rəğmən ardıcıl olaraq yeni təxribatlar törətməklə çalışır ki, kiçik də olsa, uğur əldə etsin. Əgər erməni günün birində Azərbaycan ordusunun hal-hazırda əlində olan ərazilərdən cüzi bir hissə geri ala bilsə, bu onlara yeni və davamlı təxribatlar üçün zəmin olacaq. Eyni zamanda, bu, ermənilərə dəstək vermək istəyən Qərb üçün əsas olacaq ki, onlar daha ciddi cəhdlə dəstəklərini artırsınlar.
Azərbaycan ordusu və dövləti ciddi şəkildə Ermənistana zərbələr vurmalıdır. Heç bir uğura yer qoymadan ermənilərin hər təxribatının qarşısını almalıdır.
Ermənistanın onsuz da sülh müqaviləsi bağlamaq fikri yoxdur. Torpaq itirsə belə, Ermənistan bunu sülhdən qaçmaq üçün istifadə edəcək, nəinki sülhə gəlmək üçün.
Sülhün qızıl qaydası var: Sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün müharibələr bəli sülhlə bitir, amma hər sülhlə bitmiş müharibə tarixdə öz izini qoyur və bu iz gələcəyə uzanır. Gec-tez özünü yenidən göstərir.
Azərbaycan əgər sülh istəyirsə, Ermənistana elə zərbə vurulmalıdır ki, nəticələrini aradan qaldırmaq Ermənistan üçün mümkün olmasın.
Azərbaycan sülhə kağız üzərində deyil, meydanda nail olmalıdır. Kağız üzərindəki sülh onsuz da davamlı ola bilməyəcək.
Azərbaycan ən yüksək səviyyədə İrəvanın Azərbaycan olduğunu bəyan edib. 44 günlük müharibədə etmədiyini son 12-13 sentyabr müharibəsində edib, Ermənistanın ərazisi hesab edilən, amma rəsmiləşdirilməmiş ərazilərə girib və stereotipləri qırıb. Əgər İrəvan Azərbaycan ərazisidirsə, müharibə də İrəvanda bitməlidir. Bunda sonra Azərbaycan ermənilərə humanistlik göstərib yaşamaq üçün yeni dövlət qurub, başına da normal hesab etdiyi birini gətirib, sülhü də onunla bağlamalıdır.
Məgər böyük dövlətlər belə etmir?!”.
Yeganə





