"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gökçə dərya kənarında cümhuriyyət sevdası

27 Sentyabr 2022 - 16:46
in MÖVQE

“Avqustun ortaları türk mediasında qəribə xəbər müjdələnmişdi:8-ci türk türk dövləti- “Göyçə-Zəngəzur Respublikası”(GZR) qurulub. Amma xəbər bizim medianın diqqətini nədənsə çəkməmişdi”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:

“Sentyabrın 12-də Göyçə və Kəlbəcər istiqamətində bəlli toqquşmalardan sonra isə əvvəl türk mediasında, sonra Azərbaycan sosial mediasında, ardınca da ənənəvi mediamızda xəbər ildırım sürətilə yayılmağa, şərhlər, atmacalar, rəylər, reaksiyalar yazılmağa başlandı. Azərbaycanın guya Zəngəzur dəhlizinin 20 km-ni nəzarətə götürməsi, bizimkilərin səyyad olub Göyçə qızılbalığı( farel) tutması haqda şayiə, dezinformasiya, ironiya qarışıq xəbərlərin baş alıb getdiyi, dünya və regional güclərin bu demoqogiyadan əleyhimizə istifadə etdiyi; pasifist, bəzən də antimilli səviyyədə liberal kosmolit baxışların daxili auditoriyanı az qala terror etdiyi bir vaxt kimlərinsə Gökçə dərya kənarında cümhuriyyət qurma sevadasının bizə nəyə başa gəldiyini və gələcəyini anlamaq elə də çətin deyil. Üstəlik, işin içində nə oyunlar, nə pəstahlar varmış.

İdeyanın keçmişi

Ermənistanın ərazi iddialarına simmetrik cavab vermək yeni bir ideya deyil, Azərbaycan Cümhuriyyəti qurulduğu andan ərazi problemləri ilə üzləşib, sərhədlərin konturları dəqiqləşməyib, amma qonşuların mübahisələndirdiyi ərazilərə iddiadan geri çəkilməyib, özü də əks iddialar qaldırıb. Əlavə müzakirələrə bəhanə yaratmamaq üçün təfərrüatları dövrün tarixini tədqiq edənlərə buraxıb yalnız mövzumuza dəxli olan ən ümdə bir neçə faktı yada salaq:

Mübahisələndirilən ərazilərimizdən Qarabağ və Naxçıvan indi ona görə yuridiksiyamızdadır ki, Osmanlı hərbi hissələrinin də dəstəklədiyi Cümhuriyyət ordusu və ya yerli silahlı könüllülər oralara nəzarəti saxlaya bilmişdilər.

Zəngəzura gəlincə, Daşnak hökumətinin Türkiyə ilə Gümrü müqaviləsi, sovet Rusiyası ilə Naxçıvan, Zəngəzur və Qarabağda rus qoşunları yerləşdirilməsi ilə bağlı 1920-ci il avqust anlaşması mübahisələndirdikləri torpaqlara iddiadan imtinaya məcbur qalmasının iki regional güc(Türkiyə və Rusiya) tərəfindən təsbiti kimi qarşılanırdı. Bu zaman erməni hiyləgərliyi işə düşür –Dərələyəz və Zəngəzurda Njdenin rəhbərlik etdiyi və formal olaraq İrəvana tabe olmayan “Dağlıq Ermənistan Respublikası”(DER) elan edilir. Əsas məqsədin Zəngəzurun Sovet Azərbaycanına verilməsinin qarşısını almaq olduğu açıq bəyan edilirdi. Erməni mənbələrinin iddiasınca, Qırmızı Ordu ilə bir neçə ay davam edən döyüşlərdən sonra “DER” 1921-ci ilin iyulunda Kremli “ərazinin Sovet Ermənistanının tərkibində saxlamaq haqda yazılı öhdəlik götürməyə” razı salmış, anlaşma imzalandıqdan sonra Njde və əsgərləri İrana keçmişdilər.

Sovet hökuməti Cənubi Qafqazda sərhədləri qayçılayarkən yaradılmış süni hərbi-coğrafi reallıqları qəbul etmiş və sonra da Paşinyanın sevimli “Kokeyşn bürosu”(Qafqaz bürosu) o reallıqları rəsmiləşdimişdi. Buna bənzər hiyləgərlik 1990-cı illərdə də təkrarlandı. Köçəryan xatirələrində (“Həyat və azadlıq”, Moskva 2019) Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğalını beynəlxalq güclərin başının başqa münaqişələrə qarışdığı vaxt dünyanı yeni reallıqlar qarşısında qoymaq istəmələri ilə izah etmişdi.

Azərbaycan Prezidenti müsahibə və çıxışlarında dəfələrlə xatırladır ki, həmin beynəlxalq güclər kulisaraxası danışıqlarda rəsmi Bakını reallıqları qəbul etməyə çağırıblar. II Qarabağ savaşında düşmənin torpaqlarımızdan geri atılmasını, Dağlıq Qarabağı statusunun dəfn edilməsini də o, Azərbaycanın yeni reallıq yaratması kimi təqdim edib.

Azərbaycanın Zəngəzura dinc qayıdış( iqtisadi layihələrlə, azərbaycanlı icmasının yaşamaq hüququnun tanınması şərtilə) təşəbbüsləri bu mənada normaldır, həm də simmetrik cavabın bir həlqəsi hesab oluna bilər- Dağlıq Qarabağda erməni icması varsa, azərbaycanlılar niyə hüquqları beynəlxalq birlik tərəfindən tanınan icma kimi Qərbi Azərbaycanda, o cümlədən Göyçə və Zəngəzurda yaşamasın?

….1940-cı illərdə İrəvanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinə iddiasına cavab olaraq Sovet Azərbaycanı rəhbərliyi Ermənistan, Dağıstan və Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı həmhüdud rayonlara eyni iddia qaldırmışdılar.

…1980-ci illərin sonlarında Dağlıq Qarabağla bağlı iddialar yenilənəndə Azərbaycan tərəfindən ziyalılar səviyyəsində Ermənistanda yaşayan azərbaycanlılara da eyni status verilməsi gündəliyə gətirildi. Basarkeçər rayonunda isə yerli azərbaycanlılar bu tələblə ilk aksiyalar da keçirmişdi. Bundan sonra azərbaycanlıların Ermənistandan zorakı deportasiyası daha da sürətləndirildi.

…1991-ci ildə mərhum vəkil Azər Tağıyevin rəhbərliyi ilə Göyçə -Zəngəzur Respublikası yaradıldığı elan olunur. Təsis toplantısının ozamankı dövlət başçısı Ayaz Mütəllibovun yaxın çevrəsindən sayılan Mirabbas Qasımovun rektor olduğu BDU-da keçirilməsi ideyanın dövlətin himayəsində olmasının göstəricisi idi. Amma A. Tağıyev Şəkidə doğulub- böyüdüyündən həm icmada qəbul olunma problemi var idi, həm də az sonra Jeleznovodsk kommunikesinin imzalanması (şərtlərdən biri Ermənistandan və Azərbaycandan getmiş qaçqınların geri qayıdışına təminatla bağlı idi), daha sonra Mütəllibovun devrilməsi və yeni AXC iqtidarının ilk dövrlərdə münaqişəni silahlı yolla həll etmə əzmi simmetrik cavab zərurətini aradan qaldırır, təşəbbüs yenidən rəfə qaldırılır.

…Bir də keçmiş dövlət katibi Lalə Şövkət publik siyasətə baş vuranda mərkəzi Başkənd olacaq mühacir hökumət ideyasını ortaya atır, amma ciddi ictimai müzakirələrə belə səbəb olmur. Zira bu zaman azərbaycanlıların deportasiyası ilə bağlı prezident Heydər Əliyevin bəlli fərmanından sonra Ermənistan azərbaycanlılarının probleminə xeyli diqqət artmış, tədbirlər planı təsdiqlənmiş, PA-dakı müvafiq müşavirlik xidməti müəyyən işlər də həyata keçirmişdi.

…İdeya növbəti dəfə 2000-ci ilin sonu 2001 ci ilin əvvəllərində yada düşdü. Belə ki, Rusiya mediasında “Mühacirətdə Qərbi Ermənistan hökuməti” yaradılması üçün təşəbbüs qrupu yaradılması haqda sislsilə xəbərlər dərc olunurdu. O zaman bu sətirlərin müəllifinin yaratdığı qrup ermənilərin və havadarlarının planlarına cavab addım atılması təşəbbüsü ilə çıxış etmişdi. İcmanın, xüsusən son deportasiyadan sonra gələnlərin və onlardan öz siyasi mənafeləri üçün yararlananların münasibətini proqnozlaşdırmaq elə də çətin deyildi. Odur k, mərhum A. Tağıyevin düşdüyü duruma düşməmək üçün əvvəlcədən təşəbbüsçülərin yaranacaq hər hansı formatlı qurumda təmsil olunmaq istəmədikləri, layihəni dövlətin açıq ya gizli idarəsinə vermək üçün işləndiyi, yaranacaq qurumun(ların) heyətinin icmanın özü tərəfindən formalaşdırılacağı da bəyan edilmişdi. Diqqətimizi o çəkmişdi ki, Qərbi Ermənistan mühacir hökuməti haqda təbliğati yazılarla bərabər Rusiya və Türkiyədə “qərbi erməni dili” haqda da “tədqiqatlar”ın sayı artıb. Erməni dili ilə tanış olan azərbaycanlılar Qarabağ ləhcəsinin erməni ədəbi dilindən “Qərbi erməni dili” dedikləri ləhcədən daha kəskin fərqləndiyini, amma belə tədqiat aparılmadığını deyirdilər. Və ya 400 minə yaxın hayoçərkəzin( qriqorian inanclı adıq-çərkəzlər), boşaların (qriqorian qaraçıların) ayrıca dilləri olmasına baxmayaraq indiyədək o dillər haqda ciddi bir tədqiqat aparılmasına maneə yaradıldığı bəlli olmuşdu. Qərəz nə idi? -Qərbi Ermənistanın fərqli tarixi, fərqli dili olması, II erməni dövlətinə ehtiyacın olmaması haqda deyiləcək arqumentlər qarşı arqument formalışdırmaq.

İlk vaxtlar ideya gözlədiyimizdən daha artıq diqqət çəkdi. Kifayət qədər ciddi səviyyələrdə qəbul olunmuş, ciddi dəstək vədi də almışdıq. Etik və digər səbəblərdən layihənin və danışıqların
detallarına toxunmuram. Amma oralara yaxın şəxslərin 1 ay sonra “Space”-də bizim iştirakımız olmadan müzakirələr keçirməsi, sonra “birini də sən yarat” komandası alıblarmış kimi 10 –larla şəxsin bu təşəbbüsün analogiyası olan qurumlar yaratmasını izləmək xoş mənzərə deyildi. Daha üzücüsü isə bir qrup jurnalist həmkarımız aldıqları “metodiçka”ya uyğun bizi hansısa regional siyasi qrup maraqlarında suçlaması idi. Qeyd etdiyim kimi səbəblərə toxunmaq istəmirəm. İndi o “metodiçka”nı işləyənlərdən biri hoppanıb gedib Avropayşda demokratlıq edir və hərdən “islahatlara distant dəstək qrupu”nda külüng də çalır.

Amma daha əcaibi hələ qabaqdaymış….
İki fərqli tanış zəng edib Türkiyədən gələn müxbirlərin görüşmək istədiklərini demişdilər. Hər ikisində getmiş, məqsədin nə olduğunu, bu təşəbbüsün o zaman daha çox Türkiyəyə qarşı qəsdin qarşısını ala biləcəyini izah etməyə çalışmışdım. Gələnlərdən birinin imzasını tanıyırdım, amma nə müsahibə, nə xəbər dərc edilmədi. İkincisi isə… müxbir olmağına yəqin “muhbir” idi, amma güman ki “mühabir” deyildi(Türkiyə türkcəsində bu sözlərin fərqini yəqin hər kəs anlayır). “Muhbir” ayrılanda ümumi tanışımıza bir az acıqlı heyrətini ifadə etmişdi-“Arkadaşın tam bir azeri milliyyetcisi!”. Mənə qəribə gəlmişdi, işğal olunmuş əraziləri olan xalqın özünü vətənpərvər sayan nümayəndəsi bəs kim olmalıdır ki? …

Və o “reportaj”dan bir ay sonra daha bir təşkilat peyda olacaq, “bizim rayonun ərazisi Qars vilayətinə tabe olub, biz azərbaycanlı yox, osmanlıyıq” bəyanatı verəcəkdi. Ondan sonra təşəbbüsümüzü sıraları günbə gün artan həvəsimişlərin öhdəsinə buraxıb heç bir tərəddüd etmədən kənar çəkildik. Bir –iki ildən sonra təşəbbüs yaddan çıxdı.

….20-21 il əvvəl olmuş, çoxdan unutduğum bu hadisələri xatırlamaya bilərdim. Amma ortada yenə də filan yer “Osmanlı torpağıdır” kimi avantürist bir açıqlama və bunda İranın maraqlı ola bilməsi haqda fərziyyələr dolaşır.

Əslində gərəkli ideya(Ermənistanın hər hansı təşəbbüsünə simmetrik cavab) niyə birdən- birə avantüraya çevirlib? Kimdir bu avantürada maraqlı olan?

Təhlükələr

İddia olunan təhülkələr:- 1)sərhəddə gərginlik olduğu vaxt Ermənistan üçün əlavə bəhanə verilir ki, Azərbaycanın işğalçılıqda ittiahm etsin; 2) Bu cür xəbərlərin yayılması birbaşa Zəngəzur dəhlizi üçün təhlükə yaradır; 3) qurum düşünülməmiş bəyanatlarla Azərbaycanın regiondakı dövlətlərlə, xüsusilə qardaş Türkiyə ilə münasibətlərinə problem yarada bilər; 4) İranın müəyyən dairələri nə müddətdir Azərbaycanın Zəngəzuru özünə ilhaq etməyə çalışdığını iddia edir, bu avantüra həmin iddialara ciddilik fonu verir; 5) “Kürdüstan İslami Adalet Partisi” sədri ilə danışıqlar aparılıb ki, bu, gələcəkdə Zəngəzurla bağlı gözlənilməz fərqli iddialara yol aça bilər; 6) rəsmi şəxslərin adına açılmış saxta Feysbuk qrupunda paylaşımlar edilir, ictimaiyyətdə belə bir rəy yaratmağa çalışılır ki, guya “GZR” Azərbaycan dövlətinin dəstəyi ilə yaradılıb (Əslində bu, təhlükə yox, kiber cinayətdir və cəzası da olmalıdır);

8) Azərbaycan dövlətinin rəsmən tanıdığı Qərbi Azərbaycan İcmasının Ankara nümayəndəliyi ilə yanaşı yeni elan edilmiş qondarma qurumun da dərhal nümayəndəliyi təsis edilib. Açıq – aşkar sezilir ki, kimsə Azərbaycan dövlətinin tanıyıb dəstəklədiyi quruma alternativ yaratmağa tələsir və s.

Həqiqətən də “GZR”-in “vitse prezidenti” və “xariciyyə naziri” Mehmet Ali Arslan Türkiyənin kürd icamsına mənsubdur, xarici işlər naziri sifətində ilk səfərini Şimali İraqa edib və burda Kürdüstan Ədalət Partiyasə sədri ilə görüş keçirib.

Qəribə deyilmi? Azərbaycanlı təşəbbüsçülərin pasportda doğum yerlərini öyrənib, “gedin, yazın ki, icmanı özgələri ələ keçirir” kimi yazı yazıb- yazdıranlar indi niyə belə ürəyiaçıq oldu? Göyçəyə, Zəngəzura, Dərələyəzə, ümumən Azərbaycan etnosuna dəxli olmayan bu qədər xarici vətəndaşın bizim davamıza soxulmasına niyə göz yumulur?

Əndişələr bihudə deyil. Bəllidir ki, 1920-30 cu illərdə bir Qırmızı Kürdüstan layihəsi var idi, indi də Şimali İraqdakı bəzi dairələrə aid irredentist xəritələrdə Şərqi və Qərbi Zəngəzur o layihənin tərkibində, “Böyük Kürdüstan”ın içərisində verilir. Hələ Stalinin Qafqazda 4 cü milli respublika planı da bir zaman müzakirə masalarında olub.

Amma adam sanki bu oyunlardan uzaqdır, özünü Osmanlı Təşkilatı sədri kimi təqdim edir və keçmişdəki həbs səbəbi olaraq “Hizbullah”la əlaqələri göstərilir. Yadıma “Ərgənəkon işi” ilə bağlı məhkəmələrdə keçmiş bir ifadə düşür. O zaman Cənub-Şərqi Anadoluda “Hizbullah”ın müəyyən qurum(lar) tərəfindən məhz PKK-ya qarşı istifadə edildiyi iddia olunmuşdu. Nəyin həqiqət, nəyin şişirtmə olduğunu türk qardaşlarımız daha dəqiq bilər.

Digər bir iddiaya görə, bu təşəbbüs İranın maraqları çərçivəsində olan, “qırmızı cizgi” söhbətlərini əsaslandırmaq üçün ortaya atılmış avantüradır.

Ola bilərmi? Ola bilər. Xüsusən təşəbbüs “üzgördüyə” çıxarılanda İrana meyilli sosial media hesablarının mövzunu ironiya etmək adıyla populyaralaşdırması, regional və etnik icmaların adından feyk “respublika” loqotipləri düzəldib tirajlaması, dolayası olaraq Azərbaycanda separatizmi körükləmələri diqqətdən yayınmır. Amma sadəcə bu qədər. Hələ ki İranın fars, ingilis və ərəb dilli KİV-lərində məsələ ilə bağlı( bəlli açar sözlər üzrə) axtarış zamanı hər hansı nəzərə çarpan bir kontent rastıma çıxmayıb. Hərçənd bunun diqqət yayındırıcı olmasını da ehtimal etmək mümkündür.

Türk mediasına gəlincə….. 10 gündə bu mövzuda sosial və ənənəvi mediada 50 minədək yeni kontent izlənir. Müqayisə üçün İrəvan Türk Cümhuriyyəti ilə bağlı oxşar kontent sayı bundan ik-üç dəfə azdır.Halbuki, bu təəbbüsdən 2 il əvvəl elan edilib. GZR-lə bağlı yazılar Türkiyənin “Yeni Akit”, “Orta Doğu”, “Yeni Çağ” kimi ciddi media quruluşlarında da dərc olunub. Təqdimatlarda istifadə edilən mətn vurğusu xarakterli cümlələr isə düşündürücüdür:

  • O bölgede Türk Cumhuriyeti kuruldu! İlk tanıyan devlet Türkiye oldu.
  • Ülke Türkiye’nin Türk dünyası ile buluşmasında güvenli liman olacak.
  • 1918 yılından beri günümüze kadar 100 yıl boyunca esir kalmış osmanlı toprağı.
  • Zira Türk dünyasını bir araya getirmeyi hedefleyen böyle bir geçiş bölgesine uzun yıllardır ihtiyaç duyuluyor.

Düzü, şəxsən mənim türk mediasından umduğum, gözlədiyim yanaşma bu deyil, əlbət. Siyasi korrektlik bir kənara, heç olmasa, yüngül bir araşdırma etmək, Azərbaycan üçün arzulounmaz durum yarandığı təsbit oluna bilərdi. Nə xoş ki, APA-nın, “Azpoltika”nın ciddi mövqe təqdim edən araşdırmalarından, YAP-ın deputat korpusundan iki şəxsin açıqlamalarından sonra yanaşma, baxışlar dəyişir. Fikrimcə, KAFKASSAM rəhbəri Hasan Oktayın, “Türkiye Gazetesi”nin rəyləri türk ictimaiyyətinin yanlış yönləndirilməsinin qarşını alır.

Amma belə xaos olmaya da bilər, bəlkə də öz aləmlərində xeyirxah iş gördüklərini güman edən şəxslər bunca yanlışa yuvarlanmazdılar da. “Hürriyət TV”-yə müsahibəsinə baxıram, adam ciddi şəkildə deyir ki, “dövlət dur desə, duraram”. Baxmayaraq ki, hakim partiyadan iki şəxsin “dur” deməsini istəsə dövlətin dur deməsi kimi oxuya bilərdi.

Mənə şəxsən həm də “kimə arxayın olublar?” sualı düşündürür. Yadıma 2020-ci ilin mənhus pandemiya guşənişinliyi (lakdaun)günlərində getmiş bir yazı- təhdid düşür. Kimlərin haçan, nə qədər maaş alması kimi detallar Qərbi Azərbaycana qayıdışı təbliğ etməyi hədəfləyən sayta necə və niyə düşmüşdü? Kim idi o sayta belə cəsarət verən?. İndi düşünün ki, necə mənasız işlərlə məşğul olmusuz, cəsarət verdikləriniz ölkəni hansı imtahanlar qarşısında qoyur.

İbrət? Bütün risklərini hesablaya bilmədiyiniz, gətirəcəyi böhranı idarə edə bilməyəcəyiniz işlərin qulpundan yapışmayın.

*Gökçə dəniz və ya Gökçə dərya – Göyçə gölünün klassik mətnlərdə adı”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Koronaya yoluxanların sayı açıqlandı

Next Post

Prezident maşını saxlayıb, şəhidləri yad etdi – Video

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Prezident maşını saxlayıb, şəhidləri yad etdi – Video

Prezident maşını saxlayıb, şəhidləri yad etdi - Video

Prezident və xanımı Şuşada…

Prezident və xanımı Şuşada...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.