"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dağıstan Kreml üçün döyüşmək istəmir – Rusiyanı etiraz dalğası bürüyür

27 Sentyabr 2022 - 18:09
in MÖVQE

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərliyi nəzərdə tutan fərmanı imzaladıqdan sonra 300 mindən çox insan orduya cəlb edilib.
Paralel olaraq isə Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk edərək, vizasız rejim olan bir sıra ölkələrə – Ermənistan, Qazaxıstan, Gürcüstana gedirlər. Artıq Türkiyə də çoxlarının sığınacağına çevrilib. 2 milyon rusiyalının ölkəni tərk edəcəyi gözlənilir”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Turan Rzayev FB hesabında bildirib:

“Bununla belə, getdikcə ölkə daxilinə səfərbərlik əleyhinə etirazlar güclənir. İlk ciddi kütləvi etiraz isə son illərdə mərkəzi hakimiyyətlə narazılıq yaşayan Dağıstanda baş verib. Belə ki, Dağıstanda səfərbərlik əleyhinə etiraz aksiyaları keçirən Endirey yaşayış məntəqəsinin sakinləri Xasavyurd-Mahaçqala yolunu bağlayıblar. Polisin sakinlərə atəş açdığı bildirilir.
Dağıstanda olduğu kimi, Çeçenistan, Tatarıstan, Başqırdıstan və Saxa Yakutyada səfərbərliyə qarşı etirazlar təşkil edilir.
Nə baş verir?
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə onsuz da ruslar arasında ciddi narazılıq yaratmışdı. Prinsip etibarilə, ruslar dili, dini etnik mənsubiyyəti eyni olan faktiki olaraq qardaşları ilə müharibə aparmalı idi.
Müharibə əgər ruslar üçün mənəvi baxımdan ağır idisə, qeyri-rus olan Rusiya vətəndaşları üçün büsbütün problemdir. Belə ki, Dağıstan başda olmaqla, digər muxtar respublikalarda yaşayan qeyri-rusların etiraz etməsinin əsas səbəbi səfərbərlik qərarının ümumi Rusiyada elan edilməsinə baxmayaraq, Ukrayna ilə döyüşlərin getdiyi təmas xəttinə daha çox qeyri-rusların göndərilməsidir. Yəni rəsmi Moskva faktiki olaraq qeyri-rusları ölümə göndərir. Başqa sözlə, müharibə pərdəsi altında postmodern soyqırım həyata keçirilir.
Kremlin postmodern soyqırımı
Rusiyanın ərazisi əhali nisbətinə görə kifayət qədər genişdir. Rusiya demoqrafik baxımdan da ciddi problemlər yaşayır. Belə ki, hazırda Rusiya əhalisinin ümumi göstəricisinə görə, rusların artımı qeyri-ruslara görə günbəgün azalır.
Kreml vəziyyətdən narazıdır və Rusiya–Ukrayna müharibəsindən demoqrafik problemin “həlli” üçün də istifadə edir. Belə ki, müharibəyə cəlb edilən qeyri-rusların əksəriyyəti hərbi xidməti 5 il müddətində bitirən 25-30 yaş aralığında olanlardır. Bu isə əhalinin əsas artım dinamikasına təsir edən yaş qrupudur. 25-30 yaş arası qeyri-rusların döyüşlərdə həlak olması muxtar respublikalarda qeyri-rus əhalinin artım dinamikasına ciddi zərər verə bilər”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laçında ermənilərə məxsus PUA ələ keçirildi – Video

Next Post

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Bu ölkələrə neft və qaz satmayacağıq – Rusiya

Türkiyə MN-dən Anım Günü ilə bağlı paylaşım

Türkiyə MN-dən Anım Günü ilə bağlı paylaşım

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.