"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arif Hacılı və İsa Qəmbərə…

03 Dekabr 2014 - 22:32
in KÖŞƏ YAZILARI

“Bizə dost gözü ilə baxmaq istəsəniz, çox da uzaqda deyilik”1368862478_zulfuqar-huseynzade

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Vaxt qəhətliyindən inanın ki, sonuncu müəllif yazısını nə vaxt yazdığımı unutmuşam. İndiki amansız rəqabət mühitində ofissiz, virtual idarəetmə və 3-4 nəfər fədakar həmkarla az-çox sanballı bir sayta rəhbərlik etmək, bəzən sutkanın 15 saatını kompyuter arxasında keçirmək elə də asan gəlməsin bu sahədən az məlumatlı olan oxuculara. Hər halda, sayt rəhbərləri və ümumilikdə qələm əhli bu sahənin necə bir məşəqqətli peşə olduğunu bilməmiş, hiss etməmiş deyil…
Sadəcə bu yazdıqlarım minnət və ya özündən müştəbehlik deyil. Məmləkət o qədər balacadır ki, kimin kim olduğu və hansı yuvanın quşuyla müqayisə oluna biləcəyi nəinki xüsusi xidmət orqanlarına, yol kənarlarında saunalara massaj kuponları paylayan kirayələnmiş qızcığazlara da aşağı-yuxarı agahdır. Odur ki, piara-filana ehtiyacımız yox…
 Məsələ burasındadır ki, bəzən o qədər vaxt qəhətliyi çəkirik ki, hətta bir neçə cümləlik status yazıb baş verən hansısa hadisəyə reaksiya bildirməkdə zorlanırıq. Ona görə də aylardan sonra özümü toparlayıb bir neçə dəqiqəmi indi sizlərə təqdim edəcəyim yazıya həsr etməyi qərara almışam.
Mən qurultaydan sonra nizamı pozulmuş, qızdırmalı uşaq kimi titrəyən Müsavatdan və dərbədər olmuş müsavatçılardan, baş verənlərə görə haqlı-haqsız hücumlara sipər olan yeni başqan Arif Hacılıdan yazmaq istəyindəyəm. Ona görə ki, artıq giley-güzarın sədaları məndə belə bir qənaət yaradıb ki, sən demə, Müsavat rəhbərliyində Moderator.az-ın bir “xoxan” obrazı formalaşıb və guya hakimiyyətin diqtəsiylə partiyadaxili intriqları qızışdırmaq missiyası bizə həvalə edilib…
Dəyərli oxucularım, Pənah Hüseyn 93-cü ildə parlamentdə haqsız ittihamlarla üz-üzə qalanda “yalançının Allah evini yıxsın” deməkdən özünü saxlaya bilməmişdi, amma mən and-amansız bu iddiaların vicdanlı yanılma olduğuya kifayətlənirəm. Mənim və rəhbəri olduğum saytın Arif Hacılıya və onun əvəzolunmaz lideri İsa Qəmbərə zərrə qədər də məqsədli, sifarişli pisliyi bu günədək heç vaxt olmayıb və olmaycaq da. Sadəcə saytın populyarlığı, dostum Aslan İsmayılov demişkən, Azərbaycanda kimsənin olmayan yeganə sayt olduğu səbəbindən hər kəsə burada sərbəst özünüifadə haqqı tanındığından narazıların bizə üz tutmasını anlayışla qarşılamaq lazımdır.
 Yeri gəlmişkən, şəxsən mən ilk dəfə qurultaydan öncə Qubad İbadoğlunun tərəfdarlarının dəstək müraciəti tirajlananda buna sərt etirazımı bildirmişdim və Arif Hacılıya qarşı haqsızlıq edildiyini açıq şəkildə ortaya qoymuşdum. Ona görə də buradan Arif Hacılıya və İsa Qəmbərə səslənirəm ki, vallahi, sizləri qıcıqlandıran və narahat edən yazıların sayta yerləşdirilməsi sadəcə oxucu marağından qaynaqlanıb, qərəzdən yox. Bizə dost gözü ilə baxmaq istəsəniz çox da uzaqda deyilik və bu günədək bir dənə də körpü yandırmamışıq.
Mən Arif bəyi və İsa Qəmbəri Azərbaycan siyasi səhnəsinin cəfakeşlərindən biri hesab edirəm və şəxsi qənaətim budur ki, İsa Qəmbər Azərbaycan siyasətində sözünü deyəcək bir siyasi lider statusunu qoruyub saxladığı kimi Arif bəy də başqanlıq qoltuğuna oturmağa haqq edən bir siyasi xadimir. Orası tamam başqa məsələ ki, Qubad bəyin haqqına girilib və qurultaysonrası bəzi yanlış addımlar atılıb. Bunların Arif Hacılının siyasi portretində qabarıq nəzərə çarpamasının da səbəblərini anlayıram və düşünürəm ki, zaman keçdikcə bu sis-duman çəkiləcək və Qubad İbadoğlu ilə Arif Hacılı Müsavatın birliyi naminə dil tapacaq. Hələ heç nə itirilməyib və gedənlərin geri qaytarılması, yaxud hansısa formatda onların bir çətir altında birləşdirilməsi mümkündür və ümid edək ki, bunun öhdəsindən gəlinəcək. Arif bəyə və Qubad bəyə bu çətin işdə uğurlar!!!
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ATƏT narahatdır

Next Post

Fəxri Uğurlunun bir hekayəsi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Fəxri Uğurlunun bir hekayəsi

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.