“Şimal axını 1” və “Şimal axını 2” qaz kəməri marşrutlarında iki partlayış qeydə alınıb.
Elchi.az-ın məlumatına görə, bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi bildirib.
Qeyd olunub ki, şəbəkənin ölçmə stansiyaları sentyabrın 26-da ayrı-ayrı vaxtlarda iki partlayış qeydə alıb. Bu faktlarla bağlı daha ətraflı araşdırmalar aparılır.
Partlayışlardan birinin maqnitudası 2,3 bala bərarər olub.
Qeyd edək ki, bu gün gecə saatlarından etibarən “Şimal axını” ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tamamilə dayandırılıb.
Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...






