"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə

27 Sentyabr 2022 - 18:49
in SOSİAL

“AppStore platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib. Gözlənilən idi.
Hazırda bu Holdinqə daxil olan Vkontakte sosial şəbəkəsi, VK Play, “VK Музыка”, “VK Клипы” “VK Мессенджер”, “VK Админ”, “Почта Mail․ru” və “Облако Mail.ru” mobil servisləri AppStore platformasında görsənmir”.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz FB hesabında paylaşım edib:

“VK özünün bir çox mobil tətbiqlərinin silinməsini təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib.
Qlobalda monitorinq aparan Netblocks da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq əlçatan olmadığını təsdiqləyib.
Düşünmək olar ki, Apple-dən sonra qısa müddətdə Google də bu addımı atacaq və Play marketdən də adı çəkilən resurslar silinə bilər.
Belə olan halda bu resurslardan istifadə edən bizim vətəndaşlarımızı da ciddi problem gözləyəcək.
Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s.
Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir.
Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə (Facebook, İnstagram, TikTok və s.) qeydiyyatdan keçənlər var.
Baxmayaraq ki, hələlik Google bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyyə ondan ibarətdir ki, Mail.ru dan istifadə edənlər ləngimədən digər servislərə (Gmail və s.) keçsinlər.
Məktubların daşınmasını Mail.ru-ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük.
Mail.ru datanı və kontaktları yeni Gmail ünvana köçürmək elə də problem yaratmır. Gmail-də belə imkanlar nəzərdə tutulub.
Amma gərək bu addım zamanında atılsın.
Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı Apple şirkətinə sorğu göndərib.
Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur .
O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur.
Hansı ki, ata və oğul , hər ikisi sanksiya altındadır.
Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində
dayandırılıb.
p.s. Bir neçə gün öncə Apple və Google şirkətlərin keçmiş rəhbərləri Ukrayna Prezident administrasiyasında görüşlər keçirmişdilər.
Baş verənlərdə güman ki, bu görüşlərin də ” izi” olmamış deyil.
Müharibə başlayandan sonra AppStore-dən Rusiyaya məxsis 7000 mobil tətbiqin silindiyi bildirilir.
p.p.s. Elektron Təhlükəsizlik Xidmətinin də bu məsələlərlə bağlı istifadəçilərə tövsiyyəsi faydalı olardı”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İzmirdə Anım Günü ilə bağlı törən keçirildi – Foto

Next Post

FHN-də Anım Günü ilə əlaqədar silsilə təbdirlər keçirildi

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
FHN-də Anım Günü ilə əlaqədar silsilə təbdirlər keçirildi

FHN-də Anım Günü ilə əlaqədar silsilə təbdirlər keçirildi

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyədə güclü zəlzələ baş verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.