"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zahid Oruc: “Zəfəri beyinlərə yazan mərkəzlər…”

28 Sentyabr 2022 - 10:25
in MÖVQE

Müstəqillik tarixində Azərbaycan Beyin Mərkəzlərinin ilk dəfə keçirilən Forumunun müqəddəs Vətən müharibəsinin ikinci ildönümünə düşməsi hazırki regional və beynəlxalq çağırışlar fonunda mühüm hadisədir.İnamla deyə bilərik ki, sentyabr ayı xalqımız üçün yeni siyasi tarixdir. Azərbaycanın Zəfər təqviminin birinci günü Ermənistan üçün məğlubiyyət, ölkəmiz üçün qalibiyyət, birlik və bütövlük günüdür. 44 müqəddəs gündən yaranan Zəfər təqvimi, 27 sentyabr 2020-ci ildən-2022-ci ilin 12-13 sentyabr tarixinədək, Qarabağdan Zəngəzura, Murovdan Arazadək böyük zaman və məkan miyqasına malikdir.Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycan öz müstəqilliyini Vətən müharibəsində hərbi meydanlarda yenidən qazandı.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Əziz dostlar, hazırda bəşəriyyətin yeni dünya düzəni, daha doğrusu, nizamsızlığı ilə üz-üzə qaldığı bir vaxtda dövlətimiz yerləşdiyi coğrafiyada son 3 əsrdə heç vaxt indiki qədər güclü olmayıb. Soyuq müharibədən qanlı savaşlara keçidin simvolu olan 1-ci Qarabağ müharibəsi 30 il əvvəl bir imperiyanın çöküşünün rəmzi idisə, indi dünyada dəyişiklikləri tətikləyən Vətən müharibəsi yeni təhlükəsizlik arxitekturasının müjdəçisidir. Əlbəttə, Rusiya-Ukrayna müharibəsi Qafqazlardan başlanmayıb, tam əksinə, məhz bizim xalqın əsrlərlə can atdığı və sonda qazandığı qələbə dünyada bütün savaşları ədalətlə bitirmək üçün unikal nümunədir.

Postmüharibə dövrü adlandırdığımız son 2 ilin nəinki hər ili, demək olar ki, hər ayı Zəfərin-siyasi, iqtisadi, diplomatik, informasiya müstəvilərinə daşınması dövrü olub.Lakin dövlət əleyhinə olan qüvvələr Qələbənin miqyasının kiçildilməsi, milli qürur hissinin 26 sentyabr əhvalı və beyinləri ilə əvəzlənməsi üçün durmadan çalışırlar. Belə vəziyyətdə yalnız müəyyən təqvimlərə hesablanmış, kampaniya xarakterli fraqmentar fəaliyyət deyil, məqsəd və hədəfləri aydın olan intelletual klublar, beyin mərkzələri və tədqiqat institutlarıın önəmi həlledici dərəcədə artır.
Dünya təcrübəsində belə cavabları verməli olan düşüncə və beyin mərkəzləri 113 il əvvəl ABŞ-da yaardılıb. Dövlətin qərar qəbulu proseslərinin elmi-tədqiqat əsaslı, intellektual təminatı – bu mərkəzlərin başlıca missiyası kimi bəyan edilib.Təsadüfi deyil ki, OCED ölkələrində əhalinin 100 min nəfərinə düşən tədqiqatçıların və tədqiqatların sayına dair dəqiq indikator yaradılıb.
Azərbaycana gəldikdə, dövlətçilik tariximizə ilk dəfə yeni intellektual infrastrukturun, düşüncə mərkəzlərinin yaradılması ənənəsini 2000-ci illərdən Prezident İlham Əliyev gətirib. 2018-ci ildən başlayan Yeni hakimiyyət quruculuğunun tərkib hissəsi kimi beyin mərkəzlərinin yaradılması ilə bağlı taleyüklü qərarlar verilib.Bununla da dövlət idarəçiliyində tədqiqat əsaslı qərar qəbuletmə kursu elan edilib. “Rəyiniz işimizdir!” devizi ilə fəaliyyətə başlayan Sosial Tədqqiatlar Mərkəzi də həmin sıradadır.

Hörmətli Forum iştirakçıları,
Müstəqillik tarixində ilk dəfə keçirilən Azərbaycan Beyin Mərkəzlərinin I forumu həm daxili, həm də xarici siyasət sahəsində mühüm yer tutacaqdır.Tarixi təcrübə göstərir ki, istənilən sahədə keyfiyyətli fəaliyyət modeli öz -özünə formalaşa bilməz. Bu baxımdan I Forum yeni beyin mərkəzləri insrastrukturunun, fərqli düşüncə dizaynının formalaşması üçün əvəzsiz platformadır. Düşünən insanların, əməkdaşlıqda maraqlı olan intellektual qüvvələrin birgə fəaliyyəti təşkilatlanmanın ilk nümunəsi kimi dəyərləndiririk. Bu baxımdan, düşüncə mərkəzlərinin vahid platformasının yaradılması ilə bağlı Forumda veriləcək ortaq qərarlar- ilk növbədə ölkə daxilində, yaxın və uzaq xaricdə gedən ictimai-siyasi proseslərin sistemli diaqnozunu həyata keçirməyə, qeyri-müəyyənlikləri minimuma endirməyə imkan açır. Dövlət başçısının “hücumçu xarici siyasət” strategiyasının beyin hücumu əsaslı olmasına şübhə yoxdur. Hadisələri təkcə öyrənmək və konstatasiya etməklə deyil, onları düzgün təhlil və proqnozlaşdırmadan güclü dövlət quruculuğu sadəcə mümkün deyil.Ona görə də Azərbaycanda beyin mərkəzlərinin qarşısında duran vəzifələri qısaca belə sıralamaq olar:

• Bütövlükdə, Azərbaycanda son on ildə araşdırma və düşüncə mərkəzlərinin kəmiyyət artımını keyfiyyət müstəvisinə daşımaq bir nömrəli vəzifədir. Ona görə də ölkəmizdə BM-nin vahid platformasının yaradılması zamanın tələbidir;
• Milli ekspert cəmiyyətinin baza elementlərindən biri kimi BM -nin inkişaf etmiş strukturunun formalaşdırılması, idarəetmə qərarlarının səmərəliliyinin vacib göstəricisi, ictimai məsəhətləşmə və kollegial idarəçiliyin nümayişi üçün faydalı olardı;
• Xarici ekspert-analitik strukturlarla əməkdaşlığın qurulmasının vacibliyi, dialoq, forum, konfrans və diskussiya klublarında iştirak və həmçinin, xaricdə təmsilçiliklərinin yaradılması, qarşılıqlı əlaqələrin qurulması prioritet məsələdir;
• Düşüncə mərkəzlərinə gənc analitiklərin cəlbi və stimullaşdırılması, xaricə gedənlərin dəvət edilməsi, analitik ekspert və akademik tədqiqatçıları, media ekspertlərini-politoloqları və siyasi strateqləri birləşdirə bilən “Ekspert İnstitutu”nun yaradılması müzakirə edilə bilər;
• Yeni format və dizaynda yaradılan BM-ri şəbəkəsi təkcə daxildə deyil, həmçinin, beynəlxalq və regional gündəmin formalaşmasının fəal üzvünə çevrilə bilər.
• Həmçinin, elmi analitik mərkəzlər informasiya müharibəsi və saxta xəbərlərin tüğyan elədiyi hazırki şəraitdə ictimai-siyasi proseslər, iqtisadiyyat və s. lə bağlı peşəkar və mötəbər məlumat mənbəyinə çevrilə bilər;
• Yerli BM-nin yeni konfiqurasiyada strukturlaşması- “Elm diplomatiyası” kimi, ölkəmizdə kölgədə qalan strateji istiqamətin canlanmasına, intellektual müzakirə mühitin formalaşmasına, hədsiz siyasiləşmə/ populizmə” meyilliyi səngidə bilər;
• Bölgələrdə regional “analitika məktəbləri”nin, son dərəcə “siyasiləşmiş jurnalistika” fonunda gənc mütəxəssislər üçün analitik jurnalistikaya təkan verər;
• Ölkədə yeni elita və qərar qəbulu prosesində “analitik/ekspertlər, elita və cəmiyyət” arasında yaxşı əlaqələndirici ola bilər;
• Elmi praktiki fəaliyyətin xüsusi növü kimi beyin mərkəzlərinin yaradılmasına əsas verən qanunvericiliyin hazırlanması, ölkədə həm elmin, həm də qərar qəbulunun informasiya təminatının keyfiyyəti arta bilər;
• Britaniyanın nümunəsində informasiya-kommunikasiya inqilabının nəticələrini tətbiq edən, sosial şəbəkə və süni intellektin qovşağında araşdırmalar aparan “İnnovasion beyin mərkəzləri”nin təsisi də gündəmimizdə olmalıdr;
• BM -nin şəbəkələşməsi, vahid platformanın yaradılması- ilk növbədə ölkə ictimai-siyasi həyatında, paytaxt və bölgələrdə gedən proseslərin sistemli diaqnozunu həyata keçirilməyə, qeyri-müəyyənliklərin minimuma endirilməsinə imkan yaradacaq;
• Beynəlxalq Think Tank məkanına inteqrasiya və fəallıq yönündə, “Azərbaycan-Türkiyə-Pakistan Think Tank Forumu” (Diskussiya Klubu) təsis edilə, Qoşulmama hərəkatı səviyyəsində yeni formata transfer edilə, tərəfdaşlar cəlb edilə, online və offline istiqamətdə fəallığı təmin edilə, “Beyin mərkəzləri diplomatiyası” həyata keçirilə bilər.
• Bizi narahat edən daha mühüm bir məsələ-Vətən müharibəsi və postmüharibə dövrü göstərdi ki, ən böyük qıtlıq və ehtiyac- hərbi və təhlükəsizlik məsələlərini təhlil edən BM-rimiz sahəsindədir. Qələbənin hərbi analitik nəticələrinə qlobal maraq və elmi ehtiyacın olması-hər birimizə məlumdur. Yeni mərkəzlər xüsusilə Hərbi-Siyasi Analitik profilli olmaqla, beynəlxalq ekspertlərin burada çalışmasına imkan yarada bilər.Bu da Azərbaycanda hərbi-siyasi analitika məktəbi-ənənəsinin möhkəm təməllərinin qoyulmasına, gələcək nəsillərə töhfə və vəsilə olar.
• Beyin Mərkəzlərimizin mühüm fəaliyyət istiqamətlərindən biri də-beyin axınınn qarşısının alınması, yaxud onun qaytarılmasının əsaslarnı müəyyən etməkdir;
• Beynəlxalq think-thank-lərın konsept, doktrin, ideya və planlarının istehlakçısı, mexaniki təkrar istehsalçısı və təsir agentləri kimi çıxış edən mərkəzlərin fəaliyyəti xüsusi diqqətdə saxlanıla bilər.Praktiki bir misal-istənilən məhsulun idxalı iqtisadi-sosial ehtiyaclar üçün o qədər ziyanlı deyil, nəinki ölkənin gələcəyini müəyyənləşdirən gündəlik və baxışları kənardan daim idxal etmək qarşısıalınmaz risq və çağırışlar yaradır.Halbuki bizim ən böyük beyin mərkəzimiz Ulu öndər Heydər Əliyevin şəxsiyyəti və siyasi irsi, Zəfərimiz, prezident İlham Əliyevin qələbə modelidir! Qoca tarix sübut edir ki, güclü silahlar deyil, beyinlər, parlaq zəkalar qalib gəlir.Ona görə də Zəfəri beyinlərə yazan mərkəzlərə çevrilmək ən böyük vəzifəmizdir!.

Zahid Oruc

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Referendum”un nəticələrini tanımırıq – Mişel

Next Post

Pensiya alanlara şad xəbər – Artım olacaq

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Pensiyaya çıxmaq istəyənlərin nəzərinə! – Video

Pensiya alanlara şad xəbər - Artım olacaq

Hacıyev Qriqoryanla hansı məsələləri müzakirə edib?

Hacıyev Qriqoryanla hansı məsələləri müzakirə edib?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.