"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əfv – Ən böyük intiqam

03 Dekabr 2014 - 23:38
in KÖŞƏ YAZILARI

“Seven bekler… beklemeyen sevmeyi bilmiyor demektir” kijylçfy
(Ahmet Şafak )

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Bu hadisə ilə aramıza o qədər aylar girib, ömrümə o qədər fəsillər əl gəzdirib, yaddaşıma o qədər illər yüklənib ki, onu çox dumanlı xatırlayıram. Hərdənsə ümumiyyətlə, belə bir hadisənin olub-olmadığı şübhəsinə qapılıram. Amma məni silkələyən o fikri heç unutmuram.

Hardaydıq, kimlərlə danışırdıq, nəyin müzakirəsini edirdik – yadımda deyil, nəsə bir mənzərə uydurub sizləri və özümü aldatmaq istəmirəm. Yadımda qalan budur ki, yeniyetmə idik, deyəsən, tələbəliyin ilk aylarıydı, şəhərin üz-gözümüzü alışdıran istisini belə sevgi havasıyla udurduq. Həyatımızın poeziyasını yaşayırdıq və poeziya ilə də nəfəs alırdıq.

Yaşına, başına, zövqünə inandığımız ağsaqqal bir ədəbiyyat adamını dinləyirdik – dedim axı, adını xatırlamıram.

– Sizin yaşda sevgi acısını yaşamaq da şirindir. Sevirsinizmi?
Gülümsədik, bir az da utancaqlıq vardı içimizdə.

– Hər gün bir qucaq sevgi şeirləri oxumasanız, yatmırsınız, eləmi?
Təsdiqlədik.

– Əli Kərimin “İki sevgi” şeirini bilirsiniz?

O vaxt Əli Kərimin kitablarını tapmaq asan məsələ deyildi, onun seçilmiş əsərləri bir-iki ildən sonra dərc olundu.
“Yox” dedik.

– Onda sizin nə poeziyadan xəbəriniz var, nə də sevgidən… – və çıxıb getdi.
Elə həmin gün o şeiri əzbər bilən bir adamı arayıb-axtarıb tapa bildik, vərəqə yazdıq:

“Gözəl qız, sən saf susan
İki qəlb arzususan
Mənsə səni sevirəm…”

Bu, gözəl sevgi izharıydı.

***

İndi “İki sevgi”yə bir az ayrı cür yanaşıram, çünki İbn Səlamın da Leyliyə sevgisini və sevgisi uğrunda fədakarlığını anlamaq üçün artıq xeyli yaşamışam; indi “İki sevgi”yə öz sevgisinin daha uca, alovlu və səmimi olduğunu izhar edən aşiq kimi yox, Məcnun və İbn Səlam, Şərq və Qərb sevgilərinin müqayisəsi kimi baxıram.

Şərq sevgiyə münasibətini “Leyli və Məcnun”da ifadə edib, Qərb “Romeo və Cülyetta”da – birində can, o birində tən.

Yox, elə düşünməyin ki, şərqli olduğumdan, Şərq düşüncəsinə üstünlük verirəm. Şərq ruhu, Qərb bədəni olmazsa, bu dünyanın mövcudluğu da sual altına düşər. Yəni “can təndən ayrı olmaz”!

***

“Allah, der ki; Kimi benden çok seversen onu senden alırım… Ve ekler, Onsuz yaşayamam deme, seni Onsuz da yaşatırım… Ve mevsimler geçer, gölge veren ağaçların dalları kurur, sabır taşar, canından saydığın Yar bile bir gün el olur… Aklın şaşar, dostun düşmana dönüşür, düşman kalkar dost olur, öyle garip bir dünya işte… Olmaz dediğin ne varsa hepsi olur… Düşmem dersin düşersin, şaşmam dersin şaşarsın… En garibi de budur ya, öldüm der durur, yine de yaşarsın”.
Görünür, Şərqin böyük Mövlanəsi çox haqlıdır. Yaratdığını ondan çox sevəndə, Tanrı insanı “onsuz yaşatmaqla” cəzalandırır. Və “ən qəribəsi də budur: öldüm der, durur, yenə də yaşarsın!” Sevgili mövlasından ayrılan Yunus kimi:

Ben yürürüm yana yana
Aşk boyadı beni kana…

Ancaq bu cəzanın ağırlığı əslində yaşamımızı və mövcudluğumuzu saxlayır. Bir sevginin cəzasını yaşamaq o sevginin özü qədər böyükdür.

***

Qərbli Viktor Hüqo da çox haqlıdır, “ən böyük intiqam əfv etməkdir” deyəndə. Bəlkə də Şərqlə Qərbin – canla tənin – birləşdiyi və bir dünya olduğu məqam da burdadır. Birində Tanrı, digərində insan iradəsi qabardılır ki, burda da çox fərq yoxdur. Allahın insan sifətində təcəlla etdiyini hürufilər demirdimi?

“Səni bu hüsnü cəmal ilə, bu lütf ilə görüb,
Qorxdular həq deməyə, döndülər insan dedilər”.

Deməli, əfv etmirsə, intiqam almır, yəni cəzası sevgisindəndir. Sevgi alovunda yanmadan Tanrının cəhənnəm əzabını dərk etmək olarmı?(aktual.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycandan BMT-yə qara əklil – VİDEO

Next Post

Fransa prezidentinin müşaviri maliyyə fırıldaqçılığında ittiham olunur

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Fransa prezidentinin müşaviri maliyyə fırıldaqçılığında ittiham olunur

Sükan arxasında telefonla danışmağın sonu - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.