“Amerika astronaftları Ayda olmayıb”.
Bu bəyanatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Onun sözlərinə görə, ABŞ-ın Aya təşkil etdiyi uçuş mifdən başqa bir şey deyil və dünya “Apollon”la bağlı həqiqəti bilməlidir.
Türkiyənin İzmir şəhərində çıxışı zaman Ərdoğan bildirib ki, ABŞ öz astronaftlarının heç vaxt Ayda olmadığını etiraf etməlidir. Aya uçuş isə Hollivudda qurulmuş bir səhnədir. Ərdoğan digər dövlətlərə də müraciət edərək onu dəstəkləmələrini istəyib:
“Hər bir dövlət başçısı bunun yalan olduğunu bilməlidir. Mən bunun mif olduğunu eşidəndə dəhşətə gəldim. Bunu sirr kimi saxlamaq olmaz”.
O həmçinin zamanı gələndə bir çox sirrləri açacağına da söz verib.
Xatırladaq ki, ABŞ astranavtlarının Ay səthinə enməsinin yalan olduğu, bunun səhnələşdirildiyi barədə iddialar yetərincədir. Bu iddiaçılar sırasında dünyanın nüfuzlu elm adamları da olub.



