İtaliyanın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında müvafiq məlumat yerləşdirilib.
“Beynəlxalq aləmdə baş verən son hadisələr, Rusiya ilə hava və yol əlaqəsində artan çətinliklərlə əlaqədar vətəndaşlara bu ölkədə zərurət olmadığı təqdirdə ölkəni tərk etmələri tövsiyə olunur”, – məlumatda deyilir.
Qeyd edək ki, bundan öncə ABŞ başda olmaqla, bir sıra ölkələr analoji çağırışla çıxış edib.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...




