"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rusiya Ermənistanı əlində saxlamaq üçün…”

30 Sentyabr 2022 - 16:28
in SİYASƏT

“Son günlər Ermənistan və Rusiya arasında baş verən gərginlikdən sonra nəhayət ki, Rusiya tərəfindən Ermənistan və Azərbaycan arasındakı vəziyyətlə bağlı açıqlama gəldi. Vəziyyətin gərgin olduğu və Ermənistanın Azədbaycana və Rusiyaya qarşı ittiham irəli sürdüyü ərəfədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukdan bir sıra maraqlı açıqlamalar gəlib”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov FB hesabında bildirib:

“Overçukun verdiyi açıqlamalarda qeyd edilir ki, “Azərbaycan vətəndaşları Ermənistandan keçməklə Naxçıvana hərəkət imkanı əldə edəcək”, “Sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir”, “Bu gün Ermənistanın nəqliyyat blokadasından çıxmasına bir addım qalıb”, “Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan sərhədinin hüquqi rejiminin müəyyən olunmasından sonra mümkündür”
Overçukun səsləndirdiyi bu 4 fikirdə rahat şəkildə demək olar ki, ikili oynamanın olduğunu demək mümkündür. Yəni, “Azərbaycan vətəndaşları Ermənistandan keçməklə Naxçıvana hərəkət imkanı əldə edəcək”lə həm burada bir boşluq da qoyur ki, bu da dəhliz fikrini səsləndirməməsidir. Əgər Overçuk dəhliz fikrini səsləndirsə idi, Rusiyanın rəsmi və qəti mövqeyinin nədən ibarət olmasını daha rahat anlamaq olardı. İndiki halda isə Rusiya yenə öz maraqlarını güdən açıqlama verir.
Overçuk digər açıqlamasında bildirir ki, “Sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir”. Əlbəttə ki, bu tendensiya mövcudur, amma Overçuk burada qeyd etmir ki, sərhəddə baş verən mütəmadi gərginliyin arxasında kim yaxud kimlər dayanır. Bu isə növbəti qaranlıq qalan açıqlamadır.
Overçukun verdiyi digər bir açıqlamada “Bu gün Ermənistanın nəqliyyat blokadasından çıxmasına bir addım qalıb” deməsinin özü belə şübhəli məqamları ortaya qoyur. Yəni ki, Ermənistan tərəfindən baş verən mütəmadi təxribatlar və sülhdən qaçma prinsipi ortada olduğu halda bu fikrin səsləndirilməsi həm absurd, həm də məntiqsizlikdir.
Overçukun dördüncü fikrinə gəldikdə isə “Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan sərhədinin hüquqi rejiminin müəyyən olunmasından sonra mümkündür” ifadəsini işlətməsi ondan xəbər verir ki, Azərbaycanın iki ilə yaxındır səsləndirdiyi fikirlər onların indi yadına düşüb təsəvvürünü yaradır. O zaman sual oluna bilər ki, Rusiya tərəfi niyə indiyə kimi sərhəd məsələsinin üzərinə gəlmirdi və hətta müxtəlif bəhanələrlə bu məsələdən yayınırdı.
Nəzərə alsaq ki, Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan rəhbərləri sərhədlərin müəyyənləşdirilməsi üçün kommisiyaların yaradılmasını qərara aldılar və bu kommusiyalara hər iki tərəfdən formalaşdırılsa da, vəziyyət yenə də kağız üzərində qaldı. Həm Rusiya və İran tərəfindən verilən açıqlamalar, həm də Ermənistan ordusu daxilində əmrə tabe olmayan və ya kənar qüvvələrə işləyən qüvvələr tərəfindən mütəmadi təxribatlar törədilməklə kommisiyanın fəaliyyəti nəticəsiz qaldı.
Belə olan halda Rusiya tərəfinin verdiyi açıqlamalarda nə dərəcədə səmimi olması belə şübhə altına düşmüş olur. Onu da nəzərə almaq lazımdır ki, artıq Ermənistan uğrunda mübarizədə bir yox bir neçə beynəlxalq aktorlar mövcuddur. Yəni Rusiya Ermənistanı əlində saxlamaq üçün ABŞ, Fransa, İran, Yunanıstan, Hindistan və digər güclərlə mübarizə aparmaq məcburiyyətindədir. Görünən odur ki, Paşinyan komandası Rusiyanın əlindən qopub Qərbə qaçmağa çalışır”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Liman qələbəsi Putinin bugünkü bayramına Ukrayna tərəfindən yaxşı “hədiyyə”dir”

Next Post

Limanda 5500 rus hərbçi mühasirədə qalıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Limanda 5500 rus hərbçi mühasirədə qalıb

Limanda 5500 rus hərbçi mühasirədə qalıb

Milli Məclisdə “Müxalifət haqqında” qanunun qəbul olunması təklif edilib

Xəyanətkarlar uzaqlaşdırıldı, amma yeyintilər davam edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.